Sergey Karyakin: Aronyan mənə Bakıdakı Dünya Kubokunda iştirak edəcəyini dedi
12 yanvar 2015 19:15

Şahmat üzrə Rusiya yığmasının üzvü Sergey Karyakin Levon Aronyanın Dünya Kubokunda iştirakından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Fikrimcə, siyasət idmandan kənardır. Ona görə Dünya Kubokunda iştirak etməkdə heç bir problem olmayacaq. Əlbəttə, son qərarı özü qəbul edir. Amma onun Dünya Kubokunda iştirak etməyini istərdim. Son dəfə danışdığımız zaman Aronyan Dünya Kubokunda iştirak edəcəyini bildirdi. Ona görə qərarını dəyişəcəyinə inanmıram. Dünya Kubokuna ən güclü şahmatçılar dəvət alır. Bu məqamda Aronyanın olması rəqabəti daha da artıracaq".