Şəhriyar Məmmədyarov: Aronyan Bakıya gələcəyini deyib
Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov azerisport.az saytına açıqlamasında erməni şahmatçı Levon Aronyanın Bakıda keçiriləcək Dünya Kubokunda iştirakı barədə danışıb. Məmmədyarov hər bir şahmatçı üçün paytaxtda yüksək səviyyədə şəraitin yaradılacağını bildirib:
"Dünya Kubokunun yüksək səviyyədə keçiriləcəyinə əminəm. Sadəcə, Levon Aronyanın iştirak edib-etməyəcəyini bilmirəm. Son açıqlamalarında Bakıya gələcəyini deyib. Amma hələ bu barədə dəqiq fikir bildirməyib. Yazda Ermənistanda yığmalar arasında dünya çempionatı keçiriləcək. Son Avropa çempionu kimi biz həmin yarışa vəsiqə qazanmışıq. Azərbaycan yığmasının Ermənistanda iştirakı hələ məlum deyil. Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyi hansı qərarı qəbul etsə biz onunla razılaşacağıq".