Veselin Topalovu Rauf Məmmədov əvəzləyəcək
13 fevral 2015 15:15
Vüqar Həşimovun xatirəsinə həsr olunan II beynəlxalq Şəmkir turnirinin dəqiq tarixi məlum olub. Azərisport.az xəbər verir ki, yarış aprelin 16-da start götürəcək və 10 gün davam edəcək. 10 şahmatçının iştirak edəcəyi turnir bir dövrədən ibarət olacaq. Güclü şahmatçıların qatılacağı yarış aprelin 25-də yekunlaşacaq.
Əvvəlcədən deyildiyi kimi, bolqar şahmatçı Veselin Topalovun turnirdə iştirakı mümkün olmayacaq. Topalovun əvəzinə Azərbaycan çempionatının qalibi Rauf Məmmədov Şəmkirdə mübarizə aparacaq.