Teymur Rəcəbov Shamkir Chess 2015 şahmat turnirində iştirak etməyəcək

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki,səhhətiylə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.
Shamkir Chess2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.
Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.
Synergy Group davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə verir.