Fotoreportaj|Video|На русском

Şahmat

Karlsen: Həşimovun xatirə turnirinin qalibi olmaq istəyirəm

15 aprel 2015 12:30

Şahmat üzrə dünya çempionu, FİDE reytinqinin lideri, ShamkirChess2014 turnirinin qalibi Maqnus Karlsen turnirin rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turniri haqda nə söyləyə bilərsiniz?
- Ötən il Şəmkirdə keçirilən turnirdən xoş xatirələrlə ayrıldım. Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən yarışda yenidən iştirak etmək istəyirəm. Əlbəttə, sadəcə iştirak deyil, həm də qalib gəlmək niyyətindəyəm. Ötən il hər şey yaxşı oldu, sonda turnirin qalibi oldum. Yenidən birinci olmaq istəyirəm.

- Vüqar Həşimovla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən?
- Vüqar çox istedadlı şahmatçı olub. O hər zaman yeniliklərlə diqqəti cəlb edib. Təkrakçılığı xoşlamayıb. Düzü onu xoş xatirələrlə yada salıram. Vüqarı unutmamışıq. Onun yoxluğu bütün şahmat ailəsi üçün böyük itkidir. Şəmkirdə onun adına layiqli turnir təşkil edildiyini qeyd etməliyəm.

- Ötən il ilk dəfə Şəmkirdə olmusan. Şəhər haqda hansı fikirdəsən?
- Orada olduğum müddət darıxmağa imkan olmadı. Bir tərəfdən turnirdə mübarizə, digər tərəfdən bizim üçün hazırlanan proqramlar maraqlı oldu. İstirahət günü oynadığımız futbolu xatırlayıram. Bizim komanda (dünya şahmatçılarının komandasını nəzərdə tutur) yarışın qalibi adını qazandı. Bu dəfə də futbol oynamaq təklif olunsa razılaşaram. Ümumiyyətlə Şəmkirdə təşkilatçılıq yüksək səviyyədə idi. Şəmkir şahmat turnirinin təşkilatçılarına - xüsusilə Synergy Group-a təşəkkür etmək istəyirəm.

- Bu dəfə yarışda rəqabət daha güclü olacaq, bu fikirlə razısan?
- Ötən ildə bu turnirdə zəif rəqib olmayıb. Şəmkirdə ancaq güclülər yarışır. Ona görə də hər tur çətinlik olur. Bu mənada yarışda qalib gəlmək asan deyil. Gərək hər tur maksimum nəticəyə oynayasan. Bu il heyət daha da gücləndirilib. Heç kim indidən nəticəylə bağlı proqnoz verə bilməz.

- Hər halda siz yarışın favoriti hesab olursunuz. Sizə yarışda kim mane ola bilər?
- Gəlin elə deməyək. Hər bir şahmatçı Şəmkirə yaxşı nəticə üçün gələcək. Ona görə aşkar favorit olmayacaq. Əlbəttə, məndən hamı yaxşı nəticə gözləyir. Mən buna öyrəşmişəm. Ona görə də qalib gəlməyə çalışacam.

- İştirakçılar arasında hansı şahmatçıya qarşı oynamaq Maqnus Karlsen üçün daha çətin olacaq?
- Məncə, Vladimir Kramnikə qarşı oynamaq daha çətin olacaq. Bütün şahmatçılara hörmətlə yanaşıram. Sözsüz hamısı güclüdür. Amma nədənsə Kramniklə oyunlar mənə görə daha çətindir. Onunla müxtəlif yarışlarda üz-üzə gəlmişik. Vladimir hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir. Görək Şəmkirdə necə olacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah