Kirsan İlyumjinov Bakıya gələcək
16 aprel 2015 00:05
FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, ali şahmat qurumunun rəhbəri öncə Gəncəyə, oradan isə Şəmkirə yollanacaq.
Kirsan İlyumjinov mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ŞəmkirChess2015 turnirinin açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, açılış mərasim saat 19-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.