ŞəmkirChess 2015 dünya mediasının diqqətində
16 aprel 2015 00:10
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 beynəlxalq şahmat turnirinin iştirakçıları Şəmkir şəhərinə gəlib. Azerisport.az xəbər verir ki, artıq yarışın açılış mərasimi üçün hazırlıqlar başa çatıb.
Aprelin 16-da saat 19-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində başlayacaq açılış mərasimində rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, yerli və xarici qonaqlar iştirak edəcək. Açılışdan sonra yarışın püşkatma mərasimi keçiriləcək. Turniri işıqlandırmaq üçün yerli jurnalistlərlə yanaşı Rusiya, Norveç, Hindistan, İngiltərədən olan media nümayəndələri də Şəmkirə gələcək.
Qeyd edək ki, ilk turun partiyaları aprelin 17-də saat 15-də başlayacaq.