Fotoreportaj|Video|На русском

Şahmat

Shamkir Chess-də gərgin mübarizə

21 aprel 2015 11:16
Shamkir Chess-2015 beynəlxalq şahmat super turniri ilk turlardan gərgin mübarizə vəd edirdi. Azerisport.az xəbər verir ki, hazırki dünya çempionu Magnus Karlsenlə eks-dünya çempionu Vişvanatan Anandın ilk görüşdə oyunu maraqla gözlənilirdi. Karlsen qaralarla İspan müdafiəsində Marşal əks hücumunu seçdi. Maraqlı vəziyyətdə dünya çempionu bir anlaşılmaz gedişlə özünü çətin vəziyyətə saldı. Ələ düşmüş şansı dərhal dəyərləndirən Anand artıq piyada ilə endşpilə getdi. Lakin dünya çempionunun əzmkar müdafiəsi, hindistanlı qrossmeysterin isə bütün imkanlardan yararlanmaması oyunun heç-heçə bitməsi ilə nəticələndi.
Şəhriyar Məmmədyarovla dünyanın reytinqə görə ikinci şahmatçısı Fabiano Karuananın oyunu da maraqlı alındı. Debütdən üstünlük əldə edən dəqiq gedişlərlə rəqibini sıxdı. İtalyan yeganə gedişlərlə müdafiə olunurdu. Oyunun bir məqamında artıq belə təsəvvür yaranırdı ki, həmyerlimizin qələbəsi zaman məsələsidir. Lakin Caruana bir daha mükəmməl müdafiəçi olduğunu sübut etdi və gərgin mübarizə sonrası heç-heçə edə bildi. Fiqur artıq olan Şəhriyar da qələbə üçün əlindən gələni edirdi, sadəcə bu gün müdafiə daha üstün oldu.
Digər həmyerlimiz Rauf Məmmədov ağ fiqurlarla fransız Maksim Vaşer Leqravla qarşılaşırdı. Turnirin digər iştirakçılarından fərqli olaraq reytinqi ən aşağı olan Rauf özünü heç də autsayder kimi göstərmədi. Siciliya müdafiəsində kifayət qədər uyğun vəziyyət alan Rauf sona qədər rəqibinə üstünlük qazanmağa imkan vermədi. Daha dəqiq desək Vaşer-Laqrav heç-heçəyə oynayırdı. Oyun da elə heç-heçə bitdi. Rauf özünü ən yaxşı tərəfdən göstərəcəyi təqdirdə hələ çox rəqiblərindən xallar qoparacaq.
14-cü dünya çempionu Vladimir Kramniklə Maykl Adamsın görüşü də maraqlı alındı. Oyunun əvvəlindən istədiyi vəziyyəti alan Kramnik sona kimi üstünlüyü qorudu. Adams bir neçə dəfə maraqlı gedişlərlə vəziyyətdən çıxmaq istəsə də, Kramnik daha dəqiq oynadı. Turnirin favoritlərindən olan Kramnik ilk qələbəni qazanaraq liderliyi ələ keçirdi.
Nəhayət amerikalı Uesli So və hollandiyalı Aniş Girinin oyununda əsl dərs materialı üçün oyun alındı. Qeyri-standart oyunda Giri debutun ana qaydalarını pozaraq bir fiqurla bir neçə dəfə gedişlər etdi. Hücumu mükəmməl olan əslən filippinli So bundan məharətlə istifadə etdi. Bu Sonun məlum “blank qalmaqalından” sonra ardıcıl üçüncü qələbəsidir. Giri isə əsrlərdən gələn normaları pozduğu üçün layiq olduğu məğlubiyyəti aldı.
Turnirin ikinci gününün mərkəzi qarşılaşması heç şübhəsiz Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov arasında oldu. Oyunun əvvəlində istədiyi vəziyyətə gedən dünya çempionu həmyerlimizi xeyli çətin duruma saldı. Şəhriyarın oyunun motivini dəyişmək istəyi heç nə vermədi. Magnus növbəti dəfə yüksək ustalıq nümayiş etdirərək həmyerlimizin mübarizə əzmini qıraraq turnirdə ilk qələbəsini qazandı. Eyni zamanda bu görüş turun yeganə məhsuldar görüşü oldu.
Digər həmyerlimiz Rauf Məmmədov növbəti dəfə uğurlu oyun göstərərək hollandiyalı Aniş Giri ilə xalları yarı böldü. Qara fiqurlarla oynayan Azərbaycan çempionu rəqibinə üstünlük qazanmağa imkan vermədi. Bir arada isə Rauf özü dəqiq gedişlərlə təşəbbüsü ələ keçirmişdi. Sona qədər dinamik bərabər mübarizə şəraitində keçən görüşdə heç-heçə ilə nəticələndi. Rauf bir daha bu turnirdə heç də zəif rəqib olmadığını göstərdi.
Maksim Vaşer-Laqravla Anandın dueli də heç-heçə sonuclandı. Eks-dünya çempionu Karlsbad strukturunda tezliklə mövqeni bərabərləşdirdi. Akademik oyun gözlənildiyi kimi heç-heçə ilə nəticələndi.
Rusiyalı Vladimir Kramniklə amerikalı Uesli Sonun mübarizəsi də maraqla gözlənilirdi, çünki faktiki olaraq bu görüşdə liderlər qarşılaşırdı. İlk gedişlərdən belə təsəvvür yaranırdı ki, Kramnik istədiyi vəziyyətə gedir, lakin So son dərəcə dəqiq oynayaraq rəqibinə üstünlük qazanmağa imkan vermədi. Endşpildə rəqiblər heç-heçə razılaşdı.
Nəhayət ki, Adams-Caruana oyununda oxşar nəticə qeydə alındı. Debutdən heç nə əldə edə bilməyən ingilis şahmatçı tezliklə oyunu bərabərləşdirməyə məcbur oldu. Caruana isə İspan oyununun Berlin variantından qaçan rəqibinə sonda problemlər də yaşada bilərdi, lakin riskə getməyərək yarım xalla kifayətləndi.3-cü turda ilk yekunlaşan görüş Şəhriyar Məmmədyarovla Maksim Vaşer- Laqrav arasında oynanılan oyun oldu. Həmyerlimiz ağ fiqurlarla üstünlük əldə etməyə çalıssa da, fransız daha yaxşı müdafiə olunaraq bərabərliyi saxlaya bildi. Bir ara Şəhriyar üstünlük qazanmağa yaxın olsa da, o bu gedişləri nəzərdən qaçırdı. Endşpildə tam bərabər vəziyyətdə rəqiblər heç-heçə razılaşdı.
Turnirin liderlərindən olan Uesli So daha bir möhtəşəm oyun göstərərək ingilis Maykl Adamsı üstələdi. Debutda maraqlı taktika seçən So rəqibini bir neçə gedişlə çaş-baş qoymaq istəyirdi. Təcrübəli Adams uzun müddət qüsursuz oynayaraq vəziyyəti dinamik bərabər saxlaya bilirdi. Lakin Adams həlledici anda ciddi səhvə yol verdi və So şansdan maksimum yararlandı. Ardıcıl ikinci dəfə ağ fiqurlarla inamlı qələbə qazanan So artıq turnirin favoritlərindən birinə çevrilir.
Həmyerlimiz Rauf Məmmədov eks-dünya çempionu Vladimir Kramniklər ehtiyatlı taktika seçdi. Berlin variantında vəziyyət əvvəldən tam bərabər alındı. Kramink nə qədər çalışsa da, heç nə əldə edə bilmədi. Sonuncu heç-heçə vəziyyətində isə artıq Rauf bir balaca üstünlüyə malik idi, hərçənd onu istifadə etmək mümkünsüz görünürdü. Reytinqinə görə bütün rəqiblərinən geri qalan Azərbaycan çempionu hələ də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.
Dünya çempionu Karlsen isə növbəti dəfə ustalığını göstərdi. Qara fiqurlarla əsas rəqibi Caruana ilə maraqlı Holland müdafiəsini oynayan norveçli debütdən problemsiz vəziyyət aldı. Sadə vəziyyətlərin bənzərsiz ustası olan çempion bərabər görünən vəziyyətdə yenə yüksək texnika göstərərək, zaman-zaman rəqibinə çətinliklər yaradaraq sonda qələbə qazana bildi. İstənilən halda hər cürə heç-heçə edəcəyini düşünən italyan isə bir anda nəyin baş verdiyini anlamadı.
Eks-dünya çempionu Vişi Anandla Aniş Girinin oyunu da maraqlı alındı. Debütdən gərgin vəziyyət alındı, və Anand yenilik edərək keyfiyyəti qurban verdi. Qiri dəqiq gedişlər edib oyunu stabil vəziyyətdə saxlaya bildi. Bir ara Anandın üstünlük əldə etmək imkanı olsa da, o bundan yararlana bilmədi. Oyunun sonunda maraqlı taktiki gedişlərlə rəqiblər xalları yarı böldü. (turnirin saytı)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah