Vladimir Kramnik üzrxahlıq etdi
23 aprel 2015 19:45
Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib. Azerisport.az xəbər verir ki, rusiyalı şahmatçı 5-ci turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.
Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.
Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.