Kirsan İlyumjinov Naxçıvana gəlir
7 may 2015 14:00
FİDE prezidenti Kirsan İlyumjinov yenidən Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, ali şahmat qurumunun rəhbəri bu dəfə Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Mayın 10-da şahmat üzrə "Naxçıvan Open" turnirinin son turu və bağlanış mərasimi keçiriləcək.
Turnirin mükafatlandırılma mərasimində FİDE prezidenti Kirsan İlyumjinovun iştirakı gözlənilir. Qeyd edək ki, FİDE rəhbəri son dəfə aprelin 16-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin açılışında iştirak edib.