Eltac Səfərli Naxçıvan Open zəfərindən danışdı
13 may 2015 16:00
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə "Naxçıvan Open" turnirinin qalibi Eltac Səfərli qələbə təəssüratlarını bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu il turnirdə güclü rəqabət hiss etdim. Ötən il birinci yeri tuta bilmədim. Çox sevinirəm ki, ikinci dəfə iştirak etdiyim turnirin qalibi oldum. Yarışdan əvvəl qalib gəlmək iddiam var idi. Sadəcə, iştirakçıları öyrənəndə çətin olacağını başa düşürdüm. Bununla belə 1-ci yeri tutduğum üçün xoşbəxtəm. Mənə təqdim olunan çempionluq kubokunu Naxçıvanda yerləşən Heydər Əliyev muzeyinə bağışladım. Təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Yüksək təşkilatçılığa bu dəfə iştirakçılar arasında tanınmış şahmatçılar daha çox idi".