Şəhriyar Məmmədyarov: Sabah qələbəni rəsmiləşdirmək istəyirəm
11 sentyabr 2015 19:30
Bakıda keçirilən şahmat üzrə dünya kubokunda təmsilçimiz Şəhriyar Məmmədyarov ilk oyununda Pouya İdani üzərində qələbə qazanıb. Azerisport.az xəbər verir ki, təcrübəli şahmatçımız iranlı rəqibi üzərində qələbəni belə şərh edib:
“İlk oyunlar həmişə çətin keçir. Üstəlik, rəqibim də çox güclü idi. O, gənclər arasında dünya çempionudur. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəyəm ki, sabahkı görüşdə də qələbə qazanım. Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm. Növbəti mərhələyə vəsiqəni artıq sabah rəsmiləşdirmək istəyirəm”.
Dünya Kuboku mətbuat xidməti -2015