Fotoreportaj|Video|На русском

Şahmat

Fabiano Karuana: Mənim yerimə Rauf başqa güclü şahmatçıya rəqib ola bilərdi

14 sentyabr 2015 12:00

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, bu mərhələdə azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ-ı təmsil edən italyan əsilli Fabiano Karuanayla üz-üzə gələcək.

Karuana Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında yarışla və rəqibiylə bağlı danışıb: “Azərbaycanda əvvəllər də olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam. Təşkilatçılıqdan razıyam. Xüsuslə turnirin keçirildiyi oteli qeyd etməliyəm. "Fairmont" çox gözəl dizayna malikdir. Dünya Kubokuna gəlincə, ilk mərhələdə asan qələbə qazandım. Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm”.

Karuana 1/32 finaldakı rəqibi Rauf Məmmədov haqda bunları deyib: “Favorit göstərilməyim düzgün olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən, Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatçıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan.

Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə hər ikimiz üçün çətin olacaq”.

Dünya 5-cisi olan Fabiano Karuana yüksək reytinqinə görə, çempionluğa iddiaçıların turnirinə vəsiqə qazanacaq. Bununla belə o, Dünya Kubokunda da uğur qazanmaq niyyətindədir: “Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz, yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam”.

Dünya Kubokunun mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah