Fotoreportaj|Video|На русском

Şahmat

Zurab Azmayparaşvili: Teymur Rəcəbovun tay-brekdə qələbə qazanacağına inanıram

16 sentyabr 2015 14:20

Avropa Şahmat İttifaqının prezidenti, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Dünya Kubokunda artıq 1/16 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib. Turnirin ilk nəticələri barədə nə düşünürsünüz?
- Ayrı-ayrılıqda şahmatçılar haqda danışmaq istəməzdim. Rəqabət çox yüksək olduğu üçün proqnoz vermək mümkün deyil. Ümumiyyətlə, Dünya Kuboku hər zaman sürpriz nəticələrlə zəngin olub. Həm gənc, həm də yaşlı nəslin nümayəndələri sona qədər mübarizə aparır. Təşkilatçılıq barədə ancaq xoş sözlər deyə bilərəm. Dünya Kuboku Bakının gözəl otellərindən birində keçirilir. Əvvəlki yarışlarda olduğu kimi, Azərbaycan Dünya Kubokunu da yüksək səviyyədə təşkil edir.

- Bir müddət Azərbaycan millisinin kapitanı olmusunuz və şahmatçılarımızı yaxşı tanıyırsınız. Dünya Kubokunda azərbaycanlı şahmatçıların oyunlarını izləyirsiniz?
- Bütün görüşlərə baxıram. Məni Qədir Hüseynov yaxşı mənada təəccübləndirir. 1/32 finalda çox yaxşı oynadı. Kifayət qədər güclü rəqib sayılan David Navaraya qalib gəlmək asan deyil. Özü də tay-brekə ehtiyacı olmadı. Hüseynov Dünya Kubokuna uğurlu start götürüb.

- Eltac Səfərli və Vasif Durarbəylinin yarışı erkən tərk etməsi sizi təəccübləndirmədi?
- Eltac səviyyə və təcrübə baxımından bərabər rəqiblə oynadı. Fikrimcə, Səfərli hər şeyi iki partiyada həll etməliydi. Bu rəqiblə oyunda tay-brekə ehtiyac yox idi. Duelin taleyini tay-brekə saxlamaqla səhvə yol verdi. Eltac bu mərhələni keçməyə qadir şahmatçıdır. Durarbəyli bir qədər gəncdir. Ona görə ilk mərhələdə uduzmasını normal qarşıladım.

- Şəhriyar Məmmədyarov xanım şahmatçı Xou Yifanla iki partiyada bərabər oynadı. İndi onları tay-brek gözləyir...
- Məmmədyarov böyük təcrübəyə malikdir. İkinci görüşdə qalib gəlməyə yaxın idi. Yəqin risk etmək istəmədi. Mən düşünürdüm ki, o qələbə qazanacaq və istirahət günündə rahat dincələcək. Amma tay-brek qaçılmaz oldu. Şəhriyar Xou Yifanı yaxşı tanıyır. Bununla belə səhv etdi və qələbə qazana bilmədi.

- Eyni zamanda digər şahmatçımız Teymur Rəcəbov da İsrail təmsilçisi İlya Smirinlə heç-heçə oynadı. Sizcə, tay-brekdə kim daha çox şanslıdır?
- Rəcəbov hələ ki, 2004-cü ildə keçirilən Tripolidəki yarışın planı üzrə hərəkət edir. Onun üçün ilk oyunlar bir qədər çətin oldu. Bununla belə Rəcəbov şahmat lövhəsi arxasında pis vəziyyət almayıb. Normal oynayır və tay-brekdə hər şeyi həll edir. Dünya Kuboku kimi yarışlarda hər bir şahmatçının öz strategiyası var. Əsas nəticədir. Kim o nəticəni necə qazanır - bu artıq ikinci məsələdir. Sürətli şahmatda Teymuru daha şanslı sayıram. Bildiyimiz kimi, Rəcəbov sürətli şahmatı çox yaxşı oynayır. Fikrimcə, bu dueldən 1/16 finala vəsiqə Teymura qismət olacaq. Hərçənd Smirin sona qədər mübarizə aparmağı bacarır.

- Azərbaycan millisi artıq ikiqat Avropa çempionudur. Bununla belə olimpiadalarda medal qazanmaq mümkün olmur...
- İlk dəfə çempion olanda millidə kapitan kimi çalışırdım. Azərbaycan millisi hər zaman güclülərdən sayılıb. Gələn il olimpiadada siz ilk mükafatınızı qazanacaqsınız. Hər halda bunun üçün gözəl imkan var. Şahmat olimpiadası Bakıda keçiriləcək. Sadəcə, komanda kimi mübarizə apararaq uğur qazanmaq lazımdır. 2016-cı ildə Azərbaycan millisi qızıl medal uğrunda yarışmağa qadirdir.

- Almaniya millisində çıxış edən Arkadi Naydiç bundan sonra Azərbaycan komandasında çıxış edəcək. Sizcə, onun gəlişi komandanı gücləndirəcək?
- Hazırda Azərbaycan millisində çalışmıram. Ona görə şərh verməyim düz olmaz. Arkadi Naydiç gözəl insan və güclü şahmatçıdır. Onun gəlişi Azərbaycan millisini daha da gücləndirəcək. İşinə peşəkar yanaşan insandır. Qafqazlılar kimi emosional deyil. Azərbaycan millisinə nə qədər faydalı olacağını zaman göstərəcək.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah