Fotoreportaj|Video|На русском

Şahmat

Levon Aronyan: Yenidən Bakıya qayıtmağa şad olaram

17 sentyabr 2015 11:45

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 finalda Ukrayna təmsilçisi Aleksandr Areşenkoya məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- İlk olaraq şahmat üzrə Dünya Kubokuyla bağlı fikrini öyrənmək istərdik. Həmkarların qeyd edib ki, Bakıdakı yarış Dünya Kuboku tarixində iştirakçılarına görə ən güclüsü sayılır.
- Dünya Kubokunda ən güclü şahmatçılar iştirak edir. Demək olar ki, ulduz şahmatçıların əksəriyyəti turnirdə mübarizə aparır. Ona görə rəqabət güclüdür.

- Levon Aronyan yarışda hansı hədəf uğrunda mübarizə aparırdı?
- Hədəf yaxşı oynamaq idi. Hədəfə nail olmadım.

- Hansı səbəbdən mümkün olmadı?
- Tay-brekin ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim. İkinci partiyada isə avantürist kimi oynadım. Cütün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim.

- Tay-brekdə ilk görüşdə məğlub olandan sonra görüşdə dönüş yaratmağa inam var idi?
- İnam hər zaman var. Sadəcə, düzgün oynamadım. Bəlkə də b4 gedişini tez oynadım. Bundan sonra mübarizə aparmaq imkanları azaldı. Hətta belə şəraitdə heç-heçəyə razılaşmadım. Vaxtından əvvəl məğlubiyyəti qəbul etmək istəmirdim.

- Dünya Kubokunu erkən tərk etməyiniz gözlənilməz oldu. Uğursuzluğa səbəb kimi yalnız bir səhvi göstərmək olar, yoxsa başqa səbəblər var idi...
- Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdır ki, bir səhv turnirin sonu deməkdir. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün ümidimi itirmirəm. İlin sonuna qədər bir neçə turnirdə iştirak edəcəyəm. Reytinqimi yüksəltməyə çalışacağam.

- Bir sıra mötəbər yarışlarda iştirak etmisiniz. Dünya Kubokunun təşkilatçılığı barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Təşkilatçılıq çox gözəldir. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdur. Sadəcə, bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.

- 2016-cı ildə Bakı şahmat olimpiadasına ev sahibliyi edəcək. Yəqin ki, iştirakçılar arasında Ermənistan komandasını görmək mümkün olacaq?
- Şahmat olimpiadası 1 ildən sonra keçiriləcək. Ermənistan komandasının olimpiadada iştirakı istisna deyil. Mən yenidən Bakıya qayıtmağa şad olaram. Şahmat Azərbaycanda çox sevilir, burada şahmat çox populyardır. Şahmatın ölkədə sevilməsi hiss olunur. Yerli şahmatçılar da yaxşı oyun sərgiləyir.

- Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/16 final mərhələsində mübarizəni davam etdirir. Onların şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmatçıları Dünya Kubokunda yaxşı oynayırlar. Üstəlik, doğma şəhərdə çıxış edirlər. Onlar yerli azarkeşləri sevindirməyə çalışmalıdırlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan başqa digər şahmatçılarınız da son aylar yaxşı təsir bağışlayır. Oyunlarında irəliləyiş hiss olunur. Fikrimcə, burada Aleksandr Xalifmanın (Azərbaycan millisinin kapitanı – DK mətbuat xidməti) böyük əməyi var. Xalifman Azərbaycan şahmatçılarına çox kömək olur. Rauf Məmmədovun komanda yarışlarında oyunu yadımdadır. Bir turda səhv etmirəmsə, ilk lövhədə çıxış etdi və yaxşı təsir bağışladı. Qafqaz şahmatçılarının ümumiyyətlə bir problemi var. Bəzən tənbəllik özünü göstərir. Digər tərəfdən debütlə bağlı hazırlıq. Fikrimcə, Xalifmanın şahmatçılara köməyi hiss olur. Dünya Kubokunda Qədir Hüseynov, əvvəlki yarışlarda isə Rauf Məmmədovun oyununda məşqçinin işi görünür.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah