Fotoreportaj|Video|На русском

Şahmat

Kramnik: Doğma insanların yanında olması Şəhriyarı ruhlandırıb

21 sentyabr 2015 12:00

Şahmat üzrə Dünya Kubokunun son qalibi Vladimir Kramnik titulunu qoruya bilmədi. Azerisport.az xəbər verir ki, rusiyalı dünya çempionu mötəbər yarışın 1/16 final mərhələsində Dmitri Andreykinə uduzmaqla yarışı tərk etdi.

Dünya Kubokunun mətbuat xidmətinə danışan Kramnik Andreykinin onun üçün uğursuz rəqib olduğunu deyib: "Ardıcıl ikinci dəfə Dünya Kubokunu indiyə qədər heç kim qazanmayıb. Çox istəyirdim bu uğura imza atım. Təəssüf ki, alınmadı. Dünya Kubokunda rəqabət çox güclüdür. Demək olar ki, hər gün oyun var. İstirahət günü hər şahmatçıya dincəlmək nəsib olmur. Bu mənada sona qədər mübarizə aparmaq asan deyil. Fikir verin, Kamski, Gelfand kimi şahmatçılar turniri erkən tərk etdi. 1/16 finaldakı görüşümə gəlincə, ümumiyyətlə, Andreykin mənim üçün uğurlu rəqib deyil. O hər zaman mənə qarşı yaxşı oynayır. Səhv etmirəmsə keçirdiyimiz partiyaların nəticələrində böyük fərq yoxdur. Amma deyəsən, mənim xeyrimə deyil. Klassik partiyada heç-heçə oynadıq. Tay-brekdə isə Andreykin uğur qazandı. Deməli Dünya Kubokunda mübarizəni dayandırmalıyam".

Maraqlıdır ki, 2013-cü ildə keçirilən Dünya Kubokunun finalında Kramnik məhz Andreykinə qalib gəlib. Onun sözlərinə görə Andreykinlə hər bir oyun yeni mübarizə olur: "İki il əvvəl mən qalib gəlmişdim. Bu dəfə tay-brekdə alınmadı. Həmin oyunun revanşı olduğunu söyləməzdim. Sadəcə, rəqibim qalib gəldi. Ona uğurlar arzu edirəm".

Dünya Kubokuyla bağlı proqnoz verməyən Kramnik finalçıların adını çəkməyə çətinlik çəkdi: "Qarşıda bir neçə mərhələ var. Ona görə finalda kimlərin olacağını deyə bilmərəm. Hər bir şahmatçı finala vəsiqə qazanmaqla iddiaçılar turnirində oynamaq istəyir. Finalçıların adını söyləmək üçün heç olmasa, yarımfinalı gözləmək lazımdır. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovu qeyd edə bilərəm. Məmmədyarov çox yaxşı oyun nümayiş etdirir. Doğma insanların yanında olması onu ruhlandırıb".

Təşkilatçılıq barədə danışan rusiyalı dünya çempionu Azərbaycanda özünü yaxşı hiss etdiyini deyib: "Təşkilatçılıq barədə şərh verməyə ehtiyac yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, biz şahmatçıların bütün diqqəti Dünya Kubokuna yönəlib. Ona görə bəzən hər bir detalı görmək imkanımız olmur. Məsələn, mənə dedilər naharda həm yerli, həm də Avropa mətbəxinə yer ayrılıb. Amma inanın fikir verməmişəm. Nahara gələndə tələsik yeyirəm. Çünki, oyuna az vaxt qalır, hazırlaşmaq vacibdir. Avropayla saat fərqi olduğu üçün ilk günlər səhər tezdən oyanmaq mənim üçün çətin olurdu, sonradan öyrəşdim. Lakin yenə də səhər tezdən oyanmıram. Şəmkirdə olanda da oyanmaqla bağlı problem olurdu".

Bakıda turnir günlərində istirahətinə gəlincə, Kramnik "Barselona" klubunun azarkeşi olduğunu söylədi: "İmkan olanda bir-iki saat havada gəzirəm. Futbola baxmaq istəyirdim, amma alınmadı. Rusiya klublarının avrokubokdakı matçlarını izləyirəm. Və təbii ki, "Barselona"nın oyunlarına baxıram. Bu komandanın azarkeşi olduğumu gizlətmirəm. Yadımdadır, 2002 yoxsa 2003-cü il idi. "Barselona"nın stadionunda oyuna baxırdım. Həmin görüş Messinin klubda ilk oyunlarından biri idi. Leo fərqli hərəkətlər edirdi. O vaxtdan diqqətimi cəlb etdi. Messi həqiqətən yaxşı futbolçu, komandanın lideridir".

Dünya Kubokunun mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah