Dünya Kubokunun iştirakçıları Atəşgahda
27 sentyabr 2015 13:00

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları istirahət günündə ölkəmizin tarixi-mədəni abidələriylə tanış olub. Azerisport.az Dünya Kubokunun mətbuat xidmətinə istinadla xəbər verir ki, istirahət günündə turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu və "Atəşgah" məbədində olub.
Qonaqlara qoruqda olan eksponatlar nümayiş etdirilib, abidələr barədə ətraflı məlumat verilib.