Dünya Kubokunda bir finalçı bəllidir, digəri bu gün müəyyənləşir
29 sentyabr 2015 00:25

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışda ilk yarımfinalçı məlumdur.
Hollandiya şahmatçısı Aniş Giriyə qalib gələn Pyotr Svidler finalda oynamaq imkanı qazanıb (1.5:0,5). Digər finalçı Pavel Elyanov (Ukrayna) və Sergey Karyakin (Rusiya) arasında müəyyənləşəcək. Tərəflər klassik oyunda iki dəfə heç-heçə oynadığından sentyabrın 29-da tay-brekdə qarşılaşacaq.