Rusiyanın Azərbaycandakı səfiri Dünya Kubokuna gəldi
3 oktyabr 2015 13:30

Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfiri Vladimir Doroxin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşünə təşrif buyurub. Azerisport.az xəbər verir ki, səfir Dünya Kubokunun gedişatıyla maraqlanıb.
Mötəbər yarışın təşkilatçılığını yüksək qiymətləndirən səfir Vladimir Doroxin finalda Rusiyanın iki şahmatçısının mübarizə aparmasını xüsusi vurğulayıb.