Elman Rüstəmov: İstərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun
5 oktyabr 2015 19:15
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Azərbaycan şahmatçılarının iştirak edəcəyi qarşıdakı yarışlar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"SOCAR-Azerbaijan klubu Avropa Kubokunun son qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudur. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq. Hər iki komandamızdan titulu qorumaq tələb olunur. Yarışa qələbə üçün yollanacağıq. Biz istərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər".