Fotoreportaj|Video|На русском

Şahmat

Vladimir Tukmakov: SOCAR-Azərbaycan son tura da qələbə üçün çıxacaq

24 oktyabr 2015 00:30

Şahmat üzrə Avropa Kubokunda çıxış edən “SOCAR-Azərbaycan”ın kapitanı Vladimir Tukmakov 6-cı turda Çexiyanın “Novi Bor” komandası üzərində qazanılan qələbədən sonra jurnalistlərin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- 6-cı turda "SOCAR-Azərbaycan" “Novi Bor” klubunu məğlub etdi. Söhbətə ən son başa çatan Rauf Məmmədovun partiyası haqda başlamaq istərdik.
- Rauf Məmmədov görüşə pis başladı. Əvvəlcə pis olsada getdikcə oyun bərabərləşdi. Sonradan bərabər olan oyunda rəqib üstünlük qazandı. Bir gedişdə Mateuş Bartel səhvə yol verdi və Raufun heç-heçə şansları yarandı. Amma bununla da oyunu xilas etmək mümkün olmadı. Yaxşı ki, bu partiyadakı məğlubiyyət ümumi nəticəyə təsir etmədi. Azərbaycan komandası bu gün Çexiya təmsilçisi üzərində qələbə qazandı.

- Ümumilikdə “Novi Bor”la görüşdən razı qaldınız?
- Hesabat turda komandamız yaxşı oynadı. Bütün partiyalarda üstünlüyümüz hiss olunurdu. Pis vəziyyət almamışdıq. Özümüzü çox rahat hiss edirdik. Obyektiv olaraq rəqibdən güclü olduğumuzu etiraf etməliyəm. Əlbəttə, şahmatda hər bir şahmatçı tək mübarizə aparır, ona görə hər bir şey ola bilər. Raufun oyununu nəzərə almasaq digər partiyalar mənqitə uyğun olaraq davam etdi. İki partiyada uğur qazandıq - Veselin Topalov və Teymur Rəcəbov qələbə əldə etdi.

- Avropa Kuboku uğrunda turnirin başa çatmasına 1 tur qalıb. Başa çatan görüşləri nəzərə alaraq komandanın oyununu necə qiymətləndirirsiniz?
- Nəticəni nəzərə alsaq razı deyiləm. Pis oynamırıq, amma 5-ci turda “Sibir”ə qarşı uğursuz çıxış etdik. Biz uduzan tərəf olduq. “Novi Bor”la görüşlə müqayisə etsək sanki biz rəqibin yerindəydik. İki partiyada məğlub olduq. Maykl Adams son anda rəqibin səhvindən istifadə edərək üstünlük qazandı və partiyanı qələbəylə başa vurdu. Lakin biz yekun nəticədə uduzduq. “Sibir”lə oyun olmasaydı demək olardı ki, yaxşı oynayırıq. İndiki halda hər şey bizdən asılı deyil.

- “Sibir”lə oyunda Veselin Topalov qara fiqurlarla Vladimir Kramnikə uduzdu. Həmin oyunun prinsipiallığını nəzərə alaraq Topalova istirahət vermək müzakirə olunmuşdu?
- Müzakirə olunmuşdu, amma çempionat başlamamışdan əvvəl. Veselinlə söhbət zamanı bu məsələni danışmışdıq. Başa düşürdük ki, “Sibir”lə oyun olacaq. Topalov qaralarla pis, amma ağ fiqurlarla yaxşı oynayır. Hər ikisinə bir-biriylə oynamaq xoş deyil. Topalov belə məsələlərdə loyallıq nümayiş etdirir.

- Ötən illə müqayisə etsək demək olar ki, yarışda rəqabət artıb...
- Rəqabət artıb. Üstəlik iki yeni komanda yarışlarda iştirak edir. Bu “Sibir” və “Alkaloid”dir. Xüsusilə “Sibir” komandasını qeyd etmək istərdim. Onların lideri Vladimir Kramnik Avropa Kubokunda çox yüksək səviyyədə oyun sərgiləyir. Bu mənada indiki turnir ötənilkindən güclüdür. 

- Son tur ərəfəsində “SOCAR-Azərbaycan” ikinci pillədədir. Amma son turda da qələbə lazımdır...
- Turnir cədvəli baxımından hər şey bizdən asılı deyil. Lakin bizdən asılı olan məsələ də var. Komandamız son turda da qələbə qazanmalıdır. Biz Avropa Kubokunda hər oyun olduğu kimi son tura da qələbə üçün çıxacayıq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah