SOCAR-Azərbaycan 6-cı turda qələbə qazandı

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda 6-cı turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "SOCAR-Azərbaycan" Çexiyanın "Novi Bar" klubuna 3.5-2.5 hesabıyla qalib gəlib.
Komandamızda Veselin Topalovla Teymur Rəcəbov rəqiblərini məğlub edib. Aniş Giri, Fabiano Karuana, Maykl Adams heç-heçə oynayıb. Rauf Məmmədov isə məğlubiyyət acısı yaşayıb.
Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Mednıy Vsadnik" klubuna uduzub 1.5-4.5. Emil Sutovski, Vasif Durarbəyli, Ülvü Bacarani məğlub olub. Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı heç-heçə başa vurub.
Qeyd edək ki, oktyabrın 24-də turnirdə son turun oyunları keçiriləcək. 6 turdan sonra "SOCAR-Azərbaycan" 10 xalla ikinci yerdə qərarlaşıb. "Odlar Yurdu"nun 8 xalı var.