Fotoreportaj|Video|На русском

Şahmat

Vladimir Tukmakov: Azərbaycan klubu hər zaman Avropa Kubokunda favorit hesab edilib

26 oktyabr 2015 15:20
Azerisport.az Avropa Kubokunda gümüş medal qazanan “SOCAR-Azərbaycan” şahmat klubunun kapitanı Vladimir Tukmakov yarışın yekunlarıyla bağlı müsahibəsini təqdim edir.
İlk olaraq sizi gümüş medalla təbrik edirik. Avropa Kubokunun yekunlarıyla bağlı fikrinizi bilmək istərdik...
Məktəbdə olan qiymətlərlə dəyərləndirsək ümumi çıxışımıza 4 vermək olar. Biz Makedoniyaya çempion titulunu qorumaq üçün gəlmişdik. Amma “Sibir”ə məğlubiyyətdən sonra liderliyi itirdik. Rusiya komandası birinci pillədə olduğu halda, biz maksimum etməyə çalışdıq. Maksimum isə ikinci yer demək idi. Bunun üçün son turlarda uğur qazanmaq tələb olunurdu. Lakin 7-ci turda hətta birinci yerə şansımızın olduğunu hiss etdik. Bəxtimiz gətirsəydi son turda 4:2 hesablı qələbə qazana bilərdik. “Sibir” son turda uduzsaydı, biz qalib gəlsəydik o zaman liderliyə yüksəlirdik. Lakin son turda heç-heçə oynadığımızdan “Sibir” məğlub olsaydı bürünc medalla kifayətlənməliydik. Yekunda gümüş medal qazandıq.
Ümumilikdə güclü rəqabətlə müşahidə olunan yarışda gümüş medalı müsbət qiymətləndirmək olar?
Mənim üçün favoritin hesab edilən komandanın uğurlu çıxış etməsi üçün əsas şərt var. Əgər son tur ərəfəsində çempionluğa şans saxlanılırsa o zaman komandanın çıxışını uğurlu saymaq olar. “SOCAR-Azərbaycan” mübarizə apardığı 6 il müddətində həmişə çempionluq şansını son tura qədər saxlayıb. “Sibir”ə məğlubiyyətdən sonra belə şansımız qalırdı. Ona görə ümumi çıxışı müsbət qiymətləndirirəm.
“SOCAR-Azərbaycan”da çıxış edən şahmatçılar haqda danışaq. Kimlərdən razı qalmadınız?
Birinci lövhədə Veselin Topalov yaxşı oynayırdı. Həlledici hesab edilən Vladimir Kramnikə qarşı görüşdə məğlubiyyət olmasaydı çıxışını daha yaxşı qiymətləndirərdim. Kramnikə qarşı səviyyəsindən aşağı oynadı. Digər partiyalarda yüksək səviyyədə mübarizə apardı. Bəzən bəxt öz rolunu oynayır və indiki halda bəxtsizlik birinci yer uğrunda mübarizəni davam etdirməyə mane oldu. İkinci lövhədə Aniş Giri imkanlarından aşağı oynadı. Ona nəsə çatmırdı. İkinci turda öz səhvi ucbatından uduzdu. Ümumilikdə daha yaxşı oynaya bilərdi. Fabiano Karuana gözlədiyimiz parlaq oyunu sərgiləmədi. Amma demək olmaz ki zəif çıxış etdi.
Yəqin razılaşarsınız, Maykl Adamsın “SOCAR-Azərbaycan”da çıxışı yaxşı alındı...
Dördüncü lövhədə Maykl Adams sadəcə fantastik oyun nümayiş etdirdi. Komandanın ən stabil şahmatçısıdı idi, lazımi anda köməyə çatırdı. Adamsın daha çox qara fiqurlarla oynadığını unutmayaq. Teymur Rəcəbov yaxşı çıxış etdi. Avropa Kubokunda sərgilədiyi oyun Rəcəbovun ən yaxşı formasını bərpa edəcəyini göstərir. Şəhriyar Məmmədyarov stabil oynamadı. Turnirə qələbələrlə başladı, amma belə davam edə bilmədi. Son turda məğlub oldu. Rauf Məmmədov uğursuz çıxış etdi, Eltac Səfərli isə öz səviyyəsinə uyğun oynadı.
“SOCAR-Azərbaycan” hər zaman çempionluq uğrunda yarışıb. Bu mənada Avropa Kubokunun əsas favoriti kimi mübarizə aparmaq nə qədər çətindir...
Azərbaycan klubu hər zaman Avropa Kubokunda favorit hesab edilib və yüksək yerlər uğrunda yarışıb. Son illər bir qayda olaraq biz bu yarışı mükafatsız başa vurmuruq. Ötən il çempion olduq, bu dəfə gümüş medal qazandıq. Stabil mübarizə aparmaq asan deyil. Fikir verirsinizsə bəzi güclü komandalar artıq Avropa Kubokunda çıxış etmir. İki dəfə Avropa Kubokunu qazanan “Ekonomist” artıq yoxdur. Güclü “Ural” klubu var idi. Əvəzində “Sibir” və “Alkaloid” kimi Rusiya və Makedoniyanın güclü təmsilçiləri yarandı. Gələn il necə olacağını demək çətindi.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah