Şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət etdi
11 yanvar 2016 14:40
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanı üzvləri, idman icmaiyyətinin nümayəndələri eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.
Tədbirdə Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin turnirin keçirilməsi üçün lazımi işlər görüləcək.