Şəhriyar Məmmədyarov: Bizdən həmişə Vüqar Həşimovu soruşurlar
11 yanvar 2016 15:00
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov komanda yoldaşı Vüqar Həşimovun vaxtsız vəfatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Vüqar Həşimovun ölümündən iki il keçir. Bu müddət bizim üçün çox çətin oldu. Onun valideynlərinə təşəkkür etmək istərdim ki, ölkəmiz üçün belə övlad böyüdüb. Biz həmişə onu xatırlayırıq. İştirak etdiyimiz turnirlərdə həmişə bizdən Vüqarı soruşurlar. Onun oyunlarını xatırlayırıq. Hər gün şahmatdayıq, ona görə biz Vüqarı unuda bilmərik. Çox təəssüf ki, o bizi belə erkən tərk etdi. Bununla belə böyük işlər görməklə özünə əbədiyyət qazandı".