Fotoreportaj|Video|На русском

Şahmat

Eltac Səfərli: Reytinqimi 2700-ə çatdırmalıyam

31 mart 2016 00:00

Eltac Səfərli Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Karyeranızda növbəti dəfə Azərbaycan çempionu oldunuz. Bu ilki çempionatı əvvəlkilərdən necə fərqləndirərsiniz..
- Son tur ərəfəsində artıq çempionluğu təmin etmişdim. Amma bu yarışın asan keçdiyini söyləməyə imkan vermir. Əvvəlki illərdən fərqli olaraq, ölkə çempionatı daha böyük rəqabətlə yadda qaldı. Gənc nəsil yaxşı mənada özünü göstərə bildi. Bu məni çox sevindirir. Gənc şahmatçılar rəqibdən asılı olmayaraq, hər bir partiyada sona qədər mübarizə aparırdı.

- Ötən ilki çempion Rauf Məmmədov bu dəfə turnirdə iştirak etmədi. Bu mənada Raufun yoxluğu çempionluq yolunu bir qədər asanlaşdırdı?
- Rauf çox güclü şahmatçıdır. Onun yarışda iştirak etməsini çox istəyirdim. Amma müəyyən səbəblərdən çempionata qatılmadı. Bununla belə, biz çox maraqlı Azərbaycan çempionatının şahidi olduq. Turnirdə kifayət qədər yaxşı şahmatçılar mübarizə apardı. Bəlkə kənardan çempionluğun asan başa gəldiyini düşünmək olar, əslində bu delə deyil. 

- Hansı tur sənin üçün ən çətin oldu?
- Hər bir partiya çətin idi. Məsələn, Nail Bəşirliylə oyunum çox maraqlı oldu. Gənc şahmatçı çempionata yaxşı hazırlaşdığını göstərdi. Bildiyiniz kimi, bu il Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. Buna görə həm kişilər, həm də qadınlar arasında 3 komandayla təmsil olunmaq imkanımız var. Çempionat ölkədə kifayət qədər perspektivli gənclərin olduğunu göstərdi.

- Ümumiyyətlə 2016-cı ildə iştirak etdiyin yarışları necə qiymətləndirirsən?
- Nüfuzlu Veyk-An-Zee turnirinin “B” yarışında çıxışımı normal hesab edirəm. İkinci yeri tutmaq yaxşı nəticədir. Təəssüf ki, Aeroflot Open-də iştirakım istədiyim kimi olmadı. Növbəti turnirlərdə layiqincə çıxış etmək üçün çalışmalıyam. Apreldə “Dubay Open”ə yollanacağam. Mayda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir olacaq. Ölkə çempionu kimi həmin yarışa vəsiqə qazanmışam. İlin sonunda isə Bakıda Şahmat Olimpiadası keçiriləcək. Həmin yarış hər bir şahmatçı üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.

- Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadasıyla bağlı fikirlərini bilmək istərdik.
- Müxtəlif yarışlarda Azərbaycan yığmasının şərəfini qorumuşam. Hər zaman arzulamışıq ki, şahmat üzrə ən mötəbər yarış olan olimpiada doğma şəhərimizdə olsun. Sözsüz ki, mötəbər yarışın Bakıda keçirilməsi məsuliyyətimizi artırır. Komanda olaraq bu yarışda uğurlu çıxış etmək üçün çox çalışmalıyıq.

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının olimpiadada şanslarını necə qiymətləndirirsən?
- Azərbaycan millisi iki dəfə Avropa çempionatının qalibi olub. Kifayət qədər təcrübəmiz var. Komanda kimi mübarizə aparmalıyıq. Sözsüz ki, şahmat olimpiadası qitə birinciliyindən fərqlənir. İki il əvvəl Norveçdə medal qazanmağa yaxın olmuşduq. Bakıda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparmalıyıq.

- Hansı komandaları Azərbaycan millisinin əsas rəqibləri hesab etmək olar?
- Şahmat Olimpiadasında zəif rəqib olmayacaq. Rusiya, ABŞ, Çin eləcə də digər komandalar medallar uğrunda yarışacaq. Olimpiadada hər bir rəqibə qarşı ciddi hazırlaşmaq vacibdir. Dünya çempionu Maqnus Karlsen də Bakıya gələcək. Onun iştirakı Norveç yığmasını gücləndirəcək. 

- Hazırda dünya şahmatçılarının sıralamasında 2663 reytinq əmsalın var. Reytinqindən razısan?
- 2016-cı ildəki yarışlarda reytinqimi artırmalıyam. Ola bilər, 2016-cı ildə buna nail olmayım. Amma tezliklə reytinqimi 2700-ə çatdırmaq istəyirəm. Buna görə ciddi hazırlaşacam. Azərbaycan çempionatında və ümumiyyətlə son yarışlarda hər zaman mənə dəstək olan beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovu qeyd etmək istərdim. Ölkə çempionatında uğur qazanmağımda onun da rolu az deyil.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah