Bakı Şahmat Olimpiadasının maskotu nə vaxt təqdim olunacaq?
22 may 2016 15:30
Mayın 23-də, saat 15:00-da "Crystall Hall"dakı media mərkəzində Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə 100 gün qalmış geriyə sayım tədbiri keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasimdə 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu mediaya təqdim olunacaq.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyinin və digər rəsmi şəxslərin iştirak edəcəyi tədbirin sonunda mətbuat konfransı təşkil olunacaq.