Pavel Elyanov: Hiss olunurdu ki, Şəhriyar qələbə qazanmaq istəyir
29 may 2016 00:20
ŞəmkirChess2016 superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova uduzan Pavel Elyanov partiya haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, oyunu heç-heçəyə aparmağın mümkün göründüyünü dilə gətirib:
"Şəhriyar çox yaxşı başladı. Hiss olunurdu ki, qələbə qazanmaq istəyir. Buna baxmayaraq məğlub olmaq barədə düşünmürdüm. Sonda təslim olmaqdan başqa yol yox idi. Şaha qarşı hücumlar artdı. Artıq müdafiə olunmaq alınmırdı. Tez bir zamanda məğlubiyyəti unutmaq lazımdır. Qarşıda çox çətin oyunlar var. Şəmkirdə zəif rəqib yoxdur, ona görə hər tur istənilən nəticə baş verə bilər".