Məmmədyarov, Karyakin, Karuana, İfan futbol oynadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdirib. Azerisport.az xəbər verir ki, topa ilk zərbəni qadın şahmatçılar arasında dünya çempionu Hou Yifan vurub.
Şəmkir Olimpiya Kompleksində baş tutan yarışın ilk mərhələsində media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı "Media" kollektivi şahmatçıların komandasına 9:1 hesabıyla qalib gəlib. Şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Pavel Elyanov, Fabiano Karuana, Sergey Karyakin çıxış edib.
Digər görüşdə Şəmkir İcra Hakimiyyətinin komandası təşkilatçılara - "Synergy Group"a 0:3 hesabıyla uduzub. Finalda "Media" komandasını 2:1 hesabıyla üstələyən "Synergy Group" turnirin qalibi olub.