Sergey Karyakin: Raufun gözləmədiyi gedişi etdim
Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan Rauf Məmmədov nəticədən razı qaldığını deyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibin gözləmədiyi gedişi etdim. Əvvəlcədən hazırlaşdığım taktikanı işlətdim. Heç-heçə ədalətli nəticədir. Çünki, bu oyunu ağlarla oynamışam. Ona görə də heç-heçəylə başa çatdığını bilirəm. Məmmədov yaxşı şahmatçıdır, çox diqqətli oynayırdı".
Dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə görüşəcək Karyakin Şəmkirdə qarşılaşdığı qonaqpərvərliyi qeyd etməyi unutmadı: "Şəmkirdəki turnir dostum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqar hər zaman bizimlədir. Məhz bu amil Şəmkir yarışının önəmliyini artırır. Təşkilatçılar onun adına layiq yarış təşkil edib. Təşkilatçılıq yüksək səviyyədədir, buna görə də təşəkkür edirəm".
Sergey Karyakin futbol üzrə Avropa çempionatında Rusiya yığmasına azarkeşlik etdiyini vurğuladı. Onun sözlərinə görə Rusiya Avro-2016-da layiqli oyunla fərqlənəcək.