Olimpiadanın bayrağı Elbrus zirvəsində
17 avqust 2016 17:30

Bakı Kristal Zalın texniki direktoru Elçin Məmmədov Avropanın ən hündür zirvələrindən sayılan - 5642m hündürlüyü olan Elbrus dağının zirvəsini fəth edib. Azerisport.az xəbər verir ki, onlar dağın zirvəsində Azərbaycan bayrağını, Bakı Kristal Zalın və bu ilin sentyabr ayında bu arenada keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının bayrağını dalğalandırıblar.