İncəsənət və şahmat festivalı
30 avqust 2016 11:30

42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb. Azerisport.az xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.
Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiquru özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub. İş prosessi və rənglənmiş şahmat fiqurları aşağıda yerləşdirilən şəkillərdə öz əksini tapıb.