Xəzər TV-nin öz proqramından xəbəri yoxdur?
22 мая 2010 17:48

Hələ may ayının 12-də AFFA-nın rəsmi saytı xəbər vermişdi ki, mayin 29-da Avstriyada keçiriləcək Makedoniya – Azərbaycan yoldaşlıq matçı “Xəzər TV”də canlı nümayiş etdiriləcək. Lakin gələn həftə üçün televiziya proqramlarında bu translyasiya barədə heç bir məlumat yoxdur.
azerisport.az saytının əməkdaşları gələn həftə üçün televiziya proqramlarını dərc etmiş bir neçə qəzetin redaksiyası ilə əlaqə saxlayıblar. Redaksiyalardan əməkdaşlarımıza bildiriblər ki, dərc olunmuş proqram cədvəli cümə axşamı, mayın 20-də “Xəzər TV”nin özü tərəfindən göndərilib.
İndi gəl başa düş ki, “Xəzər TV”nin proqramları tərtib edən şöbəsinin bu oyundan xəbəri yox imiş, yoxsa həmin oyun ümumuyyətlə göstərilməyəcək?!
Sözügüdən televiziya kanalının bu məsələyə münasibət bildirməsini gözləyirik.