Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

XL-dən "birhissəlik oyun", Cavadovun qayıdışı və Adamsın ilk qələbəsi – Azərbaycan çempionatının 5-ci turun icmalı

13 сентября 2010 00:16

Dünən və bu gün Azərbaycan çempionatının 5-ci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, 5 turdan sonra vahid lider "Xəzər-Lənkəran" klubu oldu. Lakin unudmaq lazım deyil ki, turnir cədvəlinin digər lideri "Neftçi"-nin "Muğan"-la oyunu təxirə salınıb.

İlk öncə "Turan" – "Qəbələ" görüşünə toxunaq. Birinci yarıda üstünlük tam olaraq meydan sahiblərinin tərəfində idi. Ancaq tovuzlular bu üstünlüyü qola çevirə bilmirdi. Ümumiyyətlə görünürdü ki, komandalar hücum qurmaqda çətinlik çəkir. Toni Adamsın çalışdırdığı "Qəbələ" isə ilk yarıda meydançada sanki yox idi. Lakin ikinci hissədə hər-şey dəyişdi. Təşəbbüsü əlinə keçirən "radarlar" ardıcıl bir-neçə təhlükə yaratdı. Və nəhayət 60-ci dəqiqədə Saşa Yunisoğlu klubun və özünün yeni komandasında ilk qolunu vurur – 0:1. Bundan sonra hesab etmək olardır ki, "Turan" daha aktiv olacaq, lakin komandanın bütün səyləri boşa çıxırdı. Nəticədə "Qəbələ" çempionatda öz ilk qələbəsini qazanaraq, turnir cədvəlinin dibindən uzaqlaşdı.
 
Bakıda isə yerli "İnter" Ağdamın "Qarabağ" komandasını qəbul edirdi. Görüş ağdamlıların üstünlüyü ilə başladı. İlk 10 dəqiqə ərzində "Qarabağ" rəqibini qapı qarşısında dörd təhlükəli vəziyyət yaratdı. Amma, necə deyərlər, "vurmuyana vurarlar": 12-ci dəqiqədə "bankir" Çertoqanov iki ağdamlını keçərək, topu Fərhad Vəliyevin qoruduğu qapıdan keçirdi – 1:0. Qoldan sonra oyun bərabərləşdi. Lakin hissədə artıq qol vurulmadı. İkinci hissə ilk yarıdan fərqli olaraq sakit başlandı. Sanki komandalar hücum etmək üçün yol axtarırdı. Amma deyəsən, hissənin ortalarında komandalar bu taktikadan "yoruldular" və əvvəlcə Vüqar Nadirov topu dirəyə, sonradan isə Qirts Karlsons onu qapının yanından göndərir. Bundan sonra komandalar daha da aktivləşdi və oyun qarşılqlı hücumlar şəraitinə keçdi. Ancaq hesaba bu heç cür təsir etmədi. Oyun "İnter"-in 1:0 hesablı qələbəsi ilə başa çatdı. Maraqlıdır ki, bu dəfə "İnter"-dən heç kəs baş məşqçi Kaxaber Sxadadzenin yoxluğundan danışmadı...
 
Lənkəranda isə yerli XL MOİK klubunu qəbul edirdi. İlk yarıda meydançada ancaq Lənkəran komandası var idi. "Hərbiçilər" isə "itmişdirlər". XL təşəbbüsü tam olaraq əlinə aldı. Və bunun məntiqi nəticəsi kimi, artıq ilk 45 dəqiqə ərzində qonaqlar öz qapısında üç cavabsız top gördü. Əvvəlcə braziliyalı Diyeqo hesabı açdı, sonradan isə kosta-rikalı Uinston Parks dubl etdi. Ümumiyyətlə ilk hissədə ərazi üstünlük təmamiylə lənkəranlıların tərəfində idi. Bu azmış kimi, 45 dəqiqə ərzində MOİK rəqibə aid olan meydançanın hissəsinə demək olar ki keçməyib. İkinci hissədə isə temp gözlənildiyi kimi aşağa düşdü. Bu da aydındır: bu cür oyunla, çətin ki MOİK heç olmasa bir qol da vura bilərdi. "Hərbiçilər" ilk təhlükəli vəziyyəti ikinci hissənin ortalarında yarada bildi – uzağdan zərbəni Kamran Ağayev dəf edə bildi. Bundan sonra da Ruis dördüncü topu da vura bilərdi, lakin qapıçı yerində idi. Oyundan sonra lənkəranlıların rumıniyalı çalışdırıcısı düz bildirdi ki, onun komandası iki ayrı hissə keçirdi. Bir tərəfdən, ilk yarı ərzində 3 top heç də pis nəticə deyil. Lakin buna baxmayaraq, "klassik Azərbaycan futbol səhvi", yəni vaxtından əvvəl rahatlanmaq lazım deyil. Bu isə onu deyir ki, komanda hələ ki tam hazır deyil. Digər tərəfdən, vay o komandanın halına ki, XL ona qarşı təmamiylə hazır olaraq oynasa...
 
Turun digər oyununda liderləri addım-addım izləyən AZAL evdə çempionatın ən bəxti gətirməyən komandasını – Zaqatalanın "Simurq"-unu qəbul edirdi. Oyun başlayandan görünürdü ki, hər komanda qol vurmağa çox can atır. Buna baxmayaraq qapılar qarşısında real təhlükə yalnız bir dəfə yarandı. "Simurq" futbolçusu Rasim Ramaldanovun zərbəsindən sonra hesabda önə keçə bilərdi. Lakin qapıçı Elşan Poladovun gözəl oyunu hesabın açılmasına imkan vermədi. Bundan sonra demək olardır ki, oyun heç olmasa bir az canlanacaq. Amma ikinci hissə də sakit məcrada keçirdi. Görünürdür ki, "Simurq" əsasən əks-hücum taktikasına keçdi. Lakin 72-ci dəqiqədə "Simurq"-un cərimə meydançasında AZAL-ın futbolçusuna qarşı kobudluq edilir və hakim 11-metrəlik nöqtəyə işarə edir. Topa Qvidas Yuşka yaxınlaşır: zərbə və hesab açılır – 1:0. Meydan sahibləri bununla kifayətlənmək niyyətində deyildilər. Və 80-cı dəqiqə Yuşka dubl edərək, komandasına ikinci qolu gətiri – 2:0. Bu qoldan sonra "Simurq" nəhayət ki hücumu yadına salır və irəliyə gedir. Bir neçə təhlükəli reydlərdən sonra, zaqatalılar öz istəyinə çatır: Mikayıl Rəhimov hesab arasındaki fərqi minimuma endirir – 2:1. Növbəti həmlə üçün "Simurq"-a artıq vaxt çatmadı. Və oyun elə bu nəticə ilə də başa çatdı.
 
"Bakı" isə öz meydanında nə qələbə, nə məğlubiyyət görməyən "Gəncə"-ni qəbul etdi. Qeyd edək ki, "Bakı"-nın yeni transferləri – Vaqif Cavadov və fransalı müdafiəçi Stefan Borbikni – əsas heyətdə yer almışdı. Oyun gözlənildiyi kimi paytaxt təmsilçisinin üstünlüyü ilə keçirdi. Buna baxmayaraq komanda qol vura bilmirdi. Yalnız ilk yarının ikinci əlavə olunmuş dəqiqəsində Dare Nbombe Vaqif Cavadovun ötürməsindən sonra hesabı aça bilir – 1:0. İkinci hissə də "Bakı"-nın oyundaki üstünlüyü ilə davam etdi. Lakin 57-ci dəqiqədə gəncəli Junivan Suares Savinovu rahatca keçərək hesabı bərabər edir – 1:1. Demək olardır ki, bu "Bakı" üçün gözlənilməz idi. Lakin daha gözlənilməz iki qırmızı vərəqə oldu: əvvəlcə hakim İbrahim Karqboya əllə oyun görə ikinci sarı vərəqə göstərdi, sonradan isə Əziz Quliyev "Bakı"-nı azlıqda qoydu. Oyun isə daha da canlanırdı. Artıq hər iki komanda ancaq hücumla məşğul idi. Sonuncu dəqiqələr də isə, "Bakı"-nın iki dəfə bəxti gətirdi. Əvvəlcə gəncəli Ceyhun Sultanov cərimə nöqtəsindən enirdiyi zərbədən sonra top dirəyə dəyərək meydançaya qayıtdı. Dirəydən sıçrayan top dərhal cərimə meydançasına ötürüldü və qonaq komandanın futbolçusunun başla endirdiyi zərbədən sonra top üst dirəyə dəydi, lakin qapıdan keçmədi. Qeyd etmək lazımdır ki, ikinci məqamda "Gəncə"-nin düz üç (!) futbolçusu oyundan kənar vəziyyətdə idi, lakin laynsmen bunu nədənsə görmədi.
 
Həmçinin, Vaqif Cavadovun oyununa toxunmaq istərdik. Əlbətdə, bu yeni komandanın heyətində onun ilk oyundur, amma görünür ki, o, hələ öz optimal formasından uzaqdır. Digər tərəfdən, etiraf etmək lazımdır ki, onun yerinə yetirdiyi hər bir standart vəziyyət rəqib üçün əsl gizli təhlükə idi.
 
Qeyd etmək lazımdır ki, "Gəncə" komandası keçirdiyi hər dörd oyununu heç-heçə ilə bitirərək, nə qələbə, nə məğlubiyyət görməyib.
 
Turun "Neftçi" – "Muğan" oyunu isə pis hava şəraitinə görə sentyabrın 14-nə keçirilib.
 
 
Komanda
O
Q
H
M
TF
X
1
XL
5
4
1
0
7-0
13
2
Neftçi
4
3
1
0
9-1
10
3
İnter
5
3
1
1
5-2
10
4
AZAL
5
3
1
1
7-5
10
5
Muğan
4
1
2
1
5-5
5
6
Qarabağ
3
1
1
1
2-2
4
7
MOİK
5
1
1
3
3-7
4
8
Qəbələ
5
1
1
3
2-5
4
9
Bakı
4
1
1
2
5-6
4
10
Gəncə
4
0
4
0
4-4
4
11
Turan
5
0
2
3
3-8
2
12
Simurq
4
0
2
3
4-11
2
 
Bombardirlər:
6 – Nəsimov (Neftçi),
4 – Yuşka (AZAL)
3– Jaba (Bakı)
2 – А.Qasımov (MOİK), Mario (İnter), R.Abdullayev (Neftçi), Modebadze (Turan), Sxadadze (Simurq), Beqiri , Parks (hər ikisi XL).

Другие новости этого раздела

Рамин ГУЛИЕВ: Сабаху нужны хорошие легионеры. Удачный старт в ЛЕ очень важен20 июняВторой соперник Шамахы19 июняАрис подписал бельгийского защитника перед матчами с АН19 июняАзербайджан обыграл Молдову19 июняПолузащитник ТТ: Я бы хотел, чтобы местным игрокам давали больше шансов19 июняЧемпион страны усилился игроками Нефтчи и БФ19 июня«Карабаху нужно 5-6 трансферов. Но времени мало»19 июняНазвана сумма за трансфер форварда в Араз-Нахчыван19 июняТеллур Муталлимов: Сабах и не ждал легкого соперника в ЛЕ19 июняСумгайыт отказался от узбекских футболистов19 июняЮное подкрепление для соперника Зире19 июняТретий летний трансфер Араз-Нахчывана19 июня«Милли» узнала место гостевого матча со сборной Украины19 июняЭкс-форвард «милли», игравший за Хайдук: Если Зире все сделает правильно – может пройти хорватов19 июняКапитан Зире: Как бы ни был силен Хайдук, сделаем все, чтобы пройти дальше19 июня
20 июня00:15 Азербайджан против Германии на ЧМ00:08 Азербайджан против Фарер00:02 Рамин ГУЛИЕВ: Сабаху нужны хорошие легионеры. Удачный старт в ЛЕ очень важен19 июня23:57 Эльнур Мамедли: Верим, что на бакинском ЧМ наши результаты будут высокими23:06 Второй соперник Шамахы22:54 Арис подписал бельгийского защитника перед матчами с АН22:37 Азербайджан получил знамя IJF20:43 Кокаури не смог выиграть бронзу ЧМ19:57 Азербайджан обыграл Молдову19:36 Полузащитник ТТ: Я бы хотел, чтобы местным игрокам давали больше шансов19:04 Чемпион страны усилился игроками Нефтчи и БФ18:32 Наставник «милли»: Цель – в будущем побеждать те команды, которым сегодня мы уступаем18:03 «Карабаху нужно 5-6 трансферов. Но времени мало»17:31 Названа сумма за трансфер форварда в Араз-Нахчыван17:02 Гурбан Гурбанов: Буду на турнире UFC в Баку16:33 Теллур Муталлимов: Сабах и не ждал легкого соперника в ЛЕ16:04 Азербайджан разгромил команду из Кыргызстана15:32 Сумгайыт отказался от узбекских футболистов15:02 Юное подкрепление для соперника Зире14:33 Третий летний трансфер Араз-Нахчывана14:03 Тренер сборной Азербайджана – о неудаче в Золотой Евролиге: Это явно отразилось на нашей игре13:49 «Милли» узнала место гостевого матча со сборной Украины13:36 Зарецка остается лидером, опережая героев иреванского ЕВРО13:05 Экс-форвард «милли», игравший за Хайдук: Если Зире все сделает правильно – может пройти хорватов12:37 Капитан Зире: Как бы ни был силен Хайдук, сделаем все, чтобы пройти дальше12:08 Альберт Риера оценил жеребьевку в ЛЕ: Сможем досконально проанализировать Сабах11:45 Кяпаз идет на кардинальные меры: Шукюров собирается избавиться почти от всех легионеров11:26 Команда Азербайджана стала 11-й на ЕВРО11:05 Эльдар ТАГИЗАДЕ: Мой план – остаться в Барселоне. С Ямалем уже познакомился10:52 Азербайджан идет 13-м на ЧМ10:37 Глава ПФЛ встретился с экс-наставником сборной ГДР и немецких клубов10:29 Четыре новичка в МПЛ10:14 Экс-защитник сборной Словении: Если Сабах пройдет Целе, это станет для меня сюрпризом00:00 Мастера и боги на пути азербайджанского дуэта18 июня23:33 Карабах и Фенербахче обсудили возможное сотрудничество23:01 Зелим Коцоев: Я далек от своей хорошей формы, но старался бороться как мог22:12 Рашад Садыхов: Иншаллах, мы пройдем в следующий раунд20:43 Коцоев завоевал бронзовую медаль ЧМ20:19 Азербайджан обыграл Албанию и поборется в плей-офф19:34 Сабаил предложил контракт экс-хавбеку Нефтчи
Архив
Sabah