Kamran AĞAYEV: Nəyə görə onlar Semih və Servet kimi özlərini aparmırdı?
14 октября 2010 13:41

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Türkiyə üzərində əldə olunan qələbədən sonra (1:0) azerisport.az saytına müsahibə verdi.
Türkiyə üzərində əldə olunan qələbədən sonra hansı hisslər qaldı?
Yalnız müsbət. Artıq təkara baxdım və oyunumuzdan zövq aldım. Əlbətdə, Türkiyə yığmasının bəzi oyunçularının özünü aparması əhvalımı pozdu.
Siz Emreni nəzərdə tutursunuz?
Onun rəftarı və bizə qarşı dedikləri xoşuma gəlmədi. Nihat da özünü ədəbsiz aparırdı. Oyundan qabaq bizə deyirdilər ki, diqqətli olaq. Axı biz iki qardaş ölkəyik. Lakin belə bir şeyi görəndə, özünü saxlamaq çətindir. Və əgər məğlub olsaydıq, özümü saxlaya bilməyəcəkdim. Nəyə görə onlar Semih və Servet kimi özlərini aparmırdı? Onların bizə qarşı rəftarı çox yaxşı idi.
Bu qələbə Türkiyə yığmasının pis vəziyyəti yoxsa bizim oyunumuzun nəticəsi idi?
Gəlin bunları əlaqələndirməyək. Onların problemləri bizə aid deyil. Biz inamlı oynayırdıq və layiqli qələbə qazandıq.Məyus edən bir məqam oldu ki, xeyli şanslardan istifadə edə bilmədik. Hətta 2:0 hesabı ilə də qalib gələ bilərdik. Bu daha yaxşı olardı.
Azərbaycan yığması bu cür futbolu bütün seçmə mərhələdə göstərə biləcəkmi?
Bundan sonra artıq bilməlidi. Bu cür oyundan sonra bizdən daha çox şey gözləyəcəklər. Dəqiq bilirəm ki, bu "seçmədə" evdə məğlub olmamalıyıq. Həmişə demişəm və deyəcəm: səfərdə məğlub olmaq olar, lakin doğma divarlar arasında yox.
Ermənistan yığması öz hesabına artıq 7 xal yığıb. Azərkeşlər istər-istəməz bu göztəriciləri müqayisə edir.
Hələ bilinmir, seçmə mərhələnin sonunda bizdə neçə xal olacaq. Amma əminəm ki, çox xal toplayacayıq. Və bu xalların sayı 10-dan artıq olmalıdır. Misal üçün, Belçika ilə qarşıda gələn oyunda mən heç-heçə etməyimizi istəyirəm.
Türkiyə ilə oyunda siz özünüzü yaxşı tərəfdən göstərdiniz. Klubu dəyişmək ümidləri artdı?
Həmişə demişəm ki, daha güclü çempionata keçmək niyyətindəyəm. Gec-tez bu baş verəcək. Düşünürəm ki, dəvətlə problem olmayacaq. Əgər "Xəzər-Lənkəran" məni qışda buraxsa, getməyə hazıram. Türkiyəyə gəldikdə isə, düşünmürəm ki, mən verdiyim müsahibələrdən sonra, məni orada qəbul edəcəklər.