Beşiktaş - Bursaspor oyunu öncəsi qanlı qarşıdurma (FOTOREPORTAJ)
5 декабря 2010 17:38
Bu gün Türkiyə Superliqasının 15-ci turunun mərkəzi oyunu - Beşiktaş - Bursaspor görüşü öncəsi böyük olaylar yaşanıb. Azerisport.az xəbər verir ki, matçın keçirildiyi İsmet İnönü stadionu ətrafında yerli azarkeşlərlə bursalı tərəfdarlar arasında qarşıdurma yaranıb. Türkiyəli həmkarlarımızın yazdığına görə, qarşıdurmada hər iki tərəfdən bir neçə azarkeş bıçaq zərbəsiylə yaralı halda xəstəxanaya aparılıb. Qeyd edək ki, belə qarşıdurmaların yaranmaması üçün 7 ildən çox idi bursalı azarkeşlərin İnönüyə gəlişinə icazə verilmirdi. Bu dəfə icazə aradan götürülsə də...