İlqar Qurbanov `Qarabağ`a keçdi
11 января 2011 12:06

Azərbaycan milli komandasının sabiq üzvlərindən olan İlqar Qurbanov bundan sonra karyerasını `Qarabağ`da davam etdirəcək. Azerisport.az xəbər verir ki, Türkiyənin Bank Asiya birinci liqa təmsilçisi `Mersin İdman Yurdu`ndan ayrıldıqdan sonra özünə yeni klub axtaran İlqarı Ağdam təmsilçisi öz heyətinə qatıb.
Artıq Qurban Qurbanovun Antalyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə qoşulan İlqarla yarım illik müqavilə bağlanılıb.