Eduard Markarov: `İnter`lə oyundan imtina etməyəcəyik
17 января 2011 00:37

Ermənistanın `Mika` klubunun vitse-prezidenti, Bakının `Neftçi` klubunun sabiq oyunçusu Eduard Markarov bildirib ki, onun komandası Azərbaycan çempionu `İnter`lə görüşdən imtina etməyəcək. Bu haqda azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim pley-off mərhələsinə düşmək şanslarımız çox azdı. Çünki biz bu turnirə normal hazırlaşa bilməmişik. Bilirəm ki, Bakı `İnter`i ilə düşə bilərik. Ancaq bunun üçün hələ pley-offa çıxmağımız lazımdı. Onlara qarşı oynayıb-oynamayacağımıza gəlincə, bu haqda sizə dəqiq deyə bilərəm ki, imtina etməyəcəyik”.