Badri Kvaratsxeliya: Qəbələ daha yaxşı təsir bağışladı
31 июля 2011 12:24

Gürcüstanın “Spartak” klubunun baş məşqçisi Badri Kvaratsxeliya Qəbələdə təşkil olunan “Jalə” beynəlxalq futbol turnirində bu gün keçirilən “Qəbələ” ilə 3-cü yer uğunda oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Sxinvali təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Rəqibimizin çox yaxşı komandası var. Baxmayaraq ki, biz qələbə qazandıq, meydanda onlar daha yaxşı təsir bağışlayırdılar. Bu turnir mənim üçün yoxlama xarakteri daşıyırdı. Komandam növbəti mövsümdə Gürcüstan çempionluğunu qazanmağı hədəfləyib”.