Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Vaqif Cavadov: Mən millidə oynamaq istəyirəm

1 декабря 2011 01:20
Futbol üzrə Azərbaycan yığmasından bir illiyə kənarlaşdırılan Rusiyanın "Volqa" klubunun hücumçusu Vaqif Cavadov müsahibəsində həyatı və karyerası ilə bağlı demək olar ki, hər şeydən danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Tanınmış futbolçu İsgəndər Cavadovun qardaşı oğlu olmağın taleyində hansısa rol oynayıb?
- Mənim atam da futbolçu olub. Mənim karyerama ilk növbədə bu, öz təsirini göstərib. O, 70-ci illərdə Rostov SKA-da top qovub. Əmim isə sonralar məşhurlaşıb. Fikrimcə, belə ailədə doğulduğum üçün özümə başqa sevimli iş tapa bilməzdim.
 
- Onlardan hansı sənə hücumçu sirlərini öyrədib?
- Bizdə elə alınıb ki, hamı hücumçudu. Əlbəttə, həm əmim, həm atam hələ uşaqlıqdan bəri mənə topu necə almaq, rəqibi necə aldatmaq, harda necə hərəkət etmək lazım olduğunu öyrədib. Atam indi də bütün oyunlarıma baxır. Özü də istər vətəndə, istərsə də, Rusiyada olum, mənimlədi.
 
- Kiçik ölkədə tanınmış futbolçunun qohumu olmaq ağır deyil ki?
- Əlbəttə, həm atam, həm əmim Sovet futbolunda öz sözünü demiş adamlardı. Bu üzdən soyadın məsuliyyəti böyükdü. Mən onları utandıra bilmərəm. Daim onların adını uca etmək haqda düşünürəm. İstər meydanda, istərsə də, ondan kənarda.
 
- Sən futbolla harda məşğul olmağa başlamısan?
- Bakıda. İlk məşqçim Vaqif Paşayev olub. Məni demək olar ki, o yetişdirib, çox şey öyrədib. Sonralar atam Moskvada yaşamağa qərar verdi. Buna görə mən də karyeramı Rusiyada davam etdirməli oldum.
 
- Həmin məşqçinlə indi də əlaqən var?
- Əlbəttə! Nə vaxt Bakıda oluramsa, görməyə çalışıram. Elə Nijni Novqoroddan da zəng edirəm. Mənə futbolun sirrlərini məhz onun öyrətdiyini həmişə deyirəm. O da bilir ki, hər çətin anında onun yanında hazır olaram.
 
- Onun yetirmələrindən daha hansı məşhurlar var?
- Bizim yığmanın kapitanı Rəşad Sadıqov, yarımmüdafiəçi Ceyhun Sultanov, Saşa Yunisoğlu.
 
- Ümumiyyətlə, Azərbaycanda uşaq futbolunun vəziyyəti nə yerdədi?
- Mən oynamağa başlayanda, çox ağır idi. O vaxt meydança demək olar ki, yox idi. Valideynlər özləri atışıb pul verərdilər ki, meydançanı icarəyə götürüb, məşq edək. İki-üç il əvvəl isə vəziyyət dəyişdi. Artıq heç bir baş məşqçi belə şeylərə görə valideynlərdən pul almır. Artıq hər komandanın bütün yaş qrupları üzrə məktəbləri var. Ölkə prezidenti idmanımıza böyük qayğı göstərir. Fikrimcə, Azərbaycan futbolunun ayağa qalxması üçün bir qədər gözləmək lazımdı.
 
- Sən uşaq vaxtı Bakı çempionatında “Real” üçün top qovmusan...
- Bəli, Paşayevin komandası məhz belə adlanırdı. Çünki əsas sponsorlarımızdan biri elə adlanırdı. Buna görə də komandamıza da o ad verilmişdi.
 
- Bəs özün hansı komandaya azarkeşlik edirsən?
- İspaniyada “Barcelona”ya. Amma uşaqlıqdan “Juventus”a görə də həyəcan keçirirdim.
 
- Niyə məhz Rusiyaya gəlməyə qərar verdiniz, Türkiyəyə yox?
- Mənim onda 11 yaşım vardı. Bu qərarı valideynlərimlə birgə verdik. O dövrdə çox çətin idi. Atam onda hər şeyimizi satdı ki, Moskvaya gələ bilək. Bu, böyük risk idi. Moskvada da həyat o qədər asan keçmirdi. Yaxın qardaşım sayılan İlqar Qurbanov isə o vaxt Türkiyəyə getdi. O, “Fenerbahçe”nin gənclərdən ibarət komandasında çıxış edirdi. Mənsə rus dilini bildiyim üçün, Türkiyəyə getmək istəmədim. Həm də o vaxt Moskvada atama çətin anda kömək edə biləcək dostları vardı.
 
- Nəyisə dəyişməyin zamanı gəldiyini nə vaxt hiss etdin?
- 1988-ci ildə CSKA-nın əvəzedici heyətində çıxış edirdim. Orda iki mövsüm keçirdim. İnanmırdım ki, mənə şans verərlər. O vaxt mənimlə “Kocaelispor” maraqlanırdı. Lakin türklərin transfer istəyi baş tutmadı. Bu üzdən də vətənə qayıtmağa qərar verdim. Çoxları deyirdi ki, CSKA-nın əvəzedicilərində qalmaq Azərbaycana qayıtmaqdan daha yaxşıdı. Amma mən bu qərarıma görə utanmadım. Vətənimdə oynamaqla da diqqət çəkə bilərdim. Elə də oldu.
 
- Azərbaycan klublarından beşi paytaxtda məskunlaşıb. Bu, çox deyil ki?
- Vətənə qayıdanda hələ 16 yaşım var idi. O dövrdə çox yaxşı təcrübə topladım. Klubların çoxluğuna gəlincə, Bakı varlı şəhərdi. Heç bir komandanın maliyyə baxımdan hansısa problemi yoxdu. Amma azarkeş baxımından eyni sözü demək olmaz. “Neftçi” – “Xəzər Lənkəran”, “Neftçi” – “Qarabağ” derbilərinə çoxlu azarkeş gəlir. Yığmanın oyunları zamanı stadion tam dolur. Amma qalan oyunlar zamanı eyni halı görmək mümkünsüz olur.
 
- Sən karyeranı Rusiyada o qədər də tanınmayan “Qarabağ”da davam etdirməyə qərar verdin...
- Bəli, bu komanda mənə çətin anımda kömək əlini hamıdan tez uzatdı. “Qarabağ” öz ənənələri olan klubdu. Azərbaycanda iki xalq komandası var: “Neftçi” və “Qarabağ”. Biz son illərdə bir sıra uğurlara imza atdıq. Bununla yanaşı çempionatda da yaxşı çıxış edirdik, Avropada tanındıq.
 
- Bu komandanın problemli bölgədə oynaması çətinlik yaratmırdı?
- Xeyr, biz Quzanlıda fəxrlə oynayırdıq. “Qarabağ” ev oyunlarını məhz Ermənistanla sərhəd olan bu qəsəbədə keçirirdi. Ora həmişə məmnuniyyətlə yollanırdıq. Başqa cür ola da bilməzdi. Orda olimpiya kompleksi, stadion var. Deməzdim ki, şərait superdi, amma yaxşıdı. Yeganə çətinlik yolun uzaqlığı ilə bağlıydı. Yeddi saatlıq yol gedirdik. Amma yenə də komanda ora ürəklə gedir.
 
- “Qarabağ” artıq üç mövsümdü Avropa Liqasındakı uğurlu çıxışı ilə hamını təəccübləndirir. Bu uğurun sirri nədədi?
- Mehriban kollektiv, üstəgəl istedadlı məşqçi və düzgün rəhbərlik. Uşaqlar həmişə öz baş məşqçilərinə görə sona kimi vuruşurlar. Bu, çox vacibdi. Hər dəfə “Qarabağ”a lap azacıq güc çatmır ki, qrup mərhələsinə düşsün. Orda gənc uşaqlar toplaşıb. Sadəcə, ehtiyat oyunçular skamyası çox qısadı. Bu da müəyyən çətinliklərə yol açır. Amma bu yolla davam etsə, “Qarabağ”ı gələcəkdə daha böyük uğurlar gözləyir.
 
- O dövrdə “Tvente” ilə oyun sənin üçün həlledici oldu...
- Ondan öncə “Rosenborg” və “Honka”ya, eləcə də yığmada Rusiya və Lixtenşteynə qarşı oynamışdım. Hollandiya klubuna keçidimdə bunlar da öz sözünü dedi. Bu, irəliyə doğru addım idi. Mənim orda qalmaq fikrim var idi. Amma ailəmdən kənarda mənə çətin idi. Üstəgəl, ağır zədə öz sözünü dedi.
 
- Niyə azərbaycanlı futbolçular Avropaya, hətta Türkiyəyə də gedə bilmirlər? Yığmanın hazırkı oyunçularından cəmi iki-üçü xaricdə oynayır...
- Vaxtilə federasiya futbolçuları buraxmırdı. İndi vəziyyət dəyişib. Bundan sonra ola bilsin ki, daha çox futbolçumuz xaricə ayaq açsın.
 
- Yığmadakı qollarından hansını vurğulaya bilərsən?
- Çox qolu qeyd etmək olar. Hesab edirəm ki, hamısı vacibdi. Amma Lixtenşteyn üzərində qələbə gətirən, Rusiyaya vurduğum qolları qeyd edərdim. Eləcə də son tsikldəki Qazaxıstana vurduğum qolu.
 
- Almanlara da künc zərbəsindən qol vurmuşdun. Təsadüfən alındı, yoxsa planlaşdırmışdın?
- Xeyr, bu, mənim künc nöqtəsindən ilk qolum deyildi. Bu, öncədən hazırlanmış ev tapşırığı idi. Sadəcə, orda elə alındı ki, top qapıya daxil oldu.
 
- Yeri gəlmişkən, sən niyə sırf hücumçu yox, cinah yarımmüdafiəçisi kimi oynayırsan?
- Yığmada və “Qarabağ”da sol cinah insaydı kimi oynayırdım. Bu, mənim sevimli mövqeyimdi. Bəli, yığmada təmiz hücumçu kimi də oynamışam. Amma qol vura bildiyim oyunların çoxunda cinahda oynamışam. Bütövlükdə isə, bunu o qədər də ciddi fərqi yoxdu. Baş məşqçi harda istədi, oynayıram.
 
- Berti Foqts yığmanıza nə gətirib?
- İntizam. Rəhbərlik futbolçulara əsl peşəkar kimi yanaşırlar. Şərait daha yaxşılaşıb. Düşünürəm ki, bundan sonra da belə olacaq.
 
- Azərbaycan nə vaxt böyük turnirlərdə iştirak edə biləcək?
- Hər halda böyük inkişaf var. Fikrimcə, 2018-ci il üçün bunu bacarmaq olar.
 
- Azərbaycan və Rusiya yığmalarının eyni qrupa düşdüyü növbəti tsikllə bağlı nə düşünürsən?
- Qrupumuz çox yaxşı və maraqlıdı. Azərbaycanla oyun Rusiya üçün asan gəzinti olmayacaq.
 
- Özünü artıq Rusiya yığması üzrə mütəxəssis hesab edirsən?
- Mən heç vaxt bombardir olmamışam. Nə “Qarabağ”da, nə yığmada. Mən daha çox qol vurmağa yox, oyundaşlarıma yaxşı ötürmələr verməyə çalışıram.
 
- Qrupun favoriti Rusiyadı, yoxsa Portuqaliya?
- Portuqaliya favoritdi. Amma Rusiya yığması da çox yaxşı komandadı.
 
- Azərbaycan - Avstriya oyunundan sonra nə baş verdi?
- Çox şey. Baş məşqçi mənim xidmətimdən imtina etdi. Avstriyalılara səfərdə böyük hesabla məğlub olduq. Onun fikrincə, həmin oyundan sonra mən gülürmüşəm. Başqa heç nə olmamışdı. Foqstun köməkçisi Vəli Qasımov da məni təsdiqləyə bilər. Mən bu haqda mətbuata açıqlama vermək istəsəm də, federasiyadan zəng edib susmağımı xahiş etdilər. Birinci dəfə birtəhər dözdüm. Amma mən hər şeyə rəğmən, sözün düzünü deyən adamam. Avstriya ilə ev oyununda isə 23-cü dəqiqədə oyunçumuz qırmızı vərəqə aldı və qol buraxdıq. İkinci qol mən topu itirəndən sonra qeydə alındı. Sonda isə avstriyalılar darmadağına imza atdılar - 4:1. Oyundan sonra söz-söhbət başladı ki, guya mən əvəzləndiyimə görə münaqişə yaratmışam. Vaqif Cavadov heç vaxt belə şeylərə görə baş məşqçiyə irad tutmaz. Hər kəs əvəzlənə bilər. Buna görə heç bir baş məşqçiylə münaqişəm olmayıb. Amma hücumçunun 1:4 hesablı darmadağına görə günahlandırılması... Düzdü, bir qolda mənim səhvim var. Amma daha bütün günah məndə ola bilməz axı. Belə münasibət kimin xoşuna gələr? Mən dedim ki, əgər baş məşqçi məni komandada görmək istəmirsə, pasportumu verin, biletimi alın, gedirəm. Gecə saat üçdə gətirdilər, mən də əşyalarımı toplayıb, çıxdım. Ondan sonra başladılar ki, Vaqif yığmadan imtina edib.
 
- Münaqişə artıq aradan qalxıb?
- Məşqçilər korpusu seçimini edib. Mən heç vaxt yığmadan imtina etməmişəm. Rusiyada yaşayan bəzi futbolçularımız var ki, hətta 2-3 dəfə dəvət də gəldiyi halda, imtina ediblər. Mənim üçün isə bircə zəng kifayətdi. Gec-tez bu problemin həll olunacağını düşünürəm. Mən Azərbaycanı sevirəm və öz vətənimin yığmasında oynamaq istəyirəm.
 
- Ermənistan ilə istənilən yerdə və vaxtda oynamağa hazırsan?
- AÇ-2008-də eyni qrupa düşəndə, onlara qarşı məmnuniyyətlə oynamağa hazır idim. Özü də həmin oyunları udardıq. Hamı bizə deyir ki, son tsikldə Ermənistan 17 xal topladı, qrupdan çıxa bilərdi, Azərbaycan isə 7 xalla beşinci oldu. Amma görün ermənilər hansı qrupda idi, biz hansında? Fikrimcə, qrupumuza görə pis oynamamışıq. Almaniya kimi möhtəşəm, Belçika kimi perspektivli, Türkiyə kimi güclü, Avstriya kimi döyüşkən komandalarla qarşılaşdıq.
 
- Azərbaycan və Ermənistan arasındakı münaqişə düzələndi?
- Qoy bunu dövlət başçıları həll etsinlər...
 
- Nijni Novqorodda həyatın necə keçir?
- Yaxşı şəhərdi. Bura xoşuma gəlir. Çox sakit şəhərdi. Burda olan azərbaycanlılarla görüşməyə çalışıram. “Volqa”nın oyunlarına dəvət edirəm.
 
- Hələ evlənməmisən?
- Belə planım var idi. Hər şey də hazır idi. Amma sonradan problem yarandı. Mən səhvi bağışlayan insan deyiləm. Bir dəfə üzr istəmək olar. Amma ikinci dəfə yox. Hazırda subayam. Heç evlənməyi planlarıma nə vaxt daxil edəcəyimi də bilmirəm. Gələcək həyat yoldaşım başa düşməlidi ki, mən futbolçuyam. Hər qadın idmançıyla ailə həyatı qurmur. Biz evdə o qədər də olmuruq. Əsas sədaqətli, vəfalı olmaqdı.
 
- Hobbin nədi?
- Balıq tutmaq. Bunu çox sevirəm. Boş vaxtlarımda bilyard da oynayıram.
 
- İstirahət başladı. Hara gedəcəksən?
- Öncə Bakıya, ondan sonra planlarımızı qurarıq.

Другие новости этого раздела

Экс-футболист Нефтчи нашел клуб во Франции25 июняИмишлинский крик. Забудем о стратегии25 июняКайзерслаутерн объявил о подписании Эмрели24 июня9 новичков в МПЛ24 июняНефтчи попрощался с еще одним легионером24 июняКяпаз договорился с двумя легионерами24 июня«Если трансферы будут своевременными и удачными, то Карабах сможет дойти до основного этапа ЛЧ»24 июняАрис усилился португальским центрдефом перед Араз-Нахчываном24 июняТурецкий клуб договорился с хавбеком сборной Азербайджана24 июняГулиев – о необходимых шагах перед Целе: Сабаху нужны качественные трансферы, и клуб обладает этими ресурсами24 июняНефтчи сойдется с турецким клубом на старте Лиги чемпионов24 июняГолеадор Араз-Нахчывана хочет более привлекательное предложение24 июняСабах расстался с еще одним футболистом24 июняДиректор ПФЛ получил назначение на матч Лиги конференций24 июняДебютант премьер-лиги доверился португальскому тренеру24 июня
25 июня00:08 Экс-футболист Нефтчи нашел клуб во Франции00:00 Имишлинский крик. Забудем о стратегии24 июня23:22 Нагиев выиграл ЕВРО23:10 Кайзерслаутерн объявил о подписании Эмрели20:01 9 новичков в МПЛ19:42 Пополнение в Гяндже19:26 Нефтчи попрощался с еще одним легионером19:06 Кяпаз договорился с двумя легионерами18:35 В России оценили дебютный турнир UFC в Баку: Событие удалось18:06 «Если трансферы будут своевременными и удачными, то Карабах сможет дойти до основного этапа ЛЧ»17:45 Азербайджан продолжает легко обыгрывать соперников в Казахстане17:30 Арис усилился португальским центрдефом перед Араз-Нахчываном17:05 Кубинка присоединилась к чемпиону16:49 Турецкий клуб договорился с хавбеком сборной Азербайджана16:29 Гулиев – о необходимых шагах перед Целе: Сабаху нужны качественные трансферы, и клуб обладает этими ресурсами16:06 Бакинская победа вернула Физиева в топ-1015:45 Нефтчи сойдется с турецким клубом на старте Лиги чемпионов15:23 Голеадор Араз-Нахчывана хочет более привлекательное предложение15:06 Два изменения в сборной Азербайджана перед юниорским ЕВРО14:39 Сабах расстался с еще одним футболистом14:21 Азербайджанские борцы выступят на турецком турнире14:04 Тарлан ГАСАНОВ: До бакинского ЧМ Хидаяту необходимо принять участие в двух-трех турнирах13:40 Предварительная заявка Азербайджана на рейтинговый турнир в Будапеште13:20 Директор ПФЛ получил назначение на матч Лиги конференций13:05 Дебютант премьер-лиги доверился португальскому тренеру12:34 Азербайджанские чемпионы для чешского Кубка Европы12:19 Карабах сыграет с украинским клубом12:04 Бывший легионер Сабаха стал помощником нового главного тренера11:35 Азербайджанские шахматистки узнали первых соперниц на КМ11:17 Нефтчи объявил о расставании с экс-хавбеком «милли»11:05 Видади РЗАЕВ: А зачем Сантушу тревожиться и беспокоиться об этом в 70 лет?10:40 Масиев назначен на матч Англия – Нидерланды10:13 Сабах реализовал свой второй летний трансфер00:01 Экс-защитник «милли»: Сборная Азербайджана – светлое пятно в моей карьере23 июня23:45 Шамахы и Кяпаз ждет дуэль23:21 На матч Сабах – Целе за 2 маната23:01 Разгромные победы сборной Азербайджана на турнире в Казахстане19:39 Турецкий клуб пошел навстречу азербайджанскому форварду, готовящемуся к Лиге конференций19:07 Чемпион Азербайджана договорился с россиянином18:33 Юре ТРАВНЕР: Победа Сабаха над Целе будет сюрпризом, но не сенсацией
Архив
Sabah