Böyükağa Hacıyev: Bizim əsas hədəfimiz...
29 января 2012 21:37

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hazırda Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin qrup mərhələsi çərçivəsində Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı 1:3 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Neftçi” həm ölkə çempionatında, həm də kubokda mübarizəsini davam etdirir. Buna görə bizim bu turnirdəki hədəfimiz futbolçularımızı yoxlamaqdı. "Metallist" Avropa kuboklarında üstün oyun nümayiş etdirir və qitənin adlı-sanlı komandalarını məğlubiyyətə uğradır. Belə bir güclü komandaya qarşı tam heyətlə oynamayanda çətinliklər yaranır. Bu gün Flavinyo və Alessandronun olmaması da öz sözünü dedi və nəticəyə də təsirini göstərdi. Həm start heyətində, həm də ikinci hissədə yerli və gənc futbolçulara daha çox şans verdik. Fikrimcə, "Metallist" kimi güclü komandaya qarşı oynamağın gələcəkdə onlara müsbət təsiri olacaq".