Yığmamızın rəqibi heyətini açıqladı
15 февраля 2012 14:54

Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan Rusiya millisinin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, şimal qonşularımızın Danimarka ilə yoxlama oyununa 21 futbolçu dəvət olunub.
Dik Advokatın komandası Kopenhagenə aşağıdakı heyətlə yollanacaq. Qeyd edək ki, Danimarka – Rusiya oyunu fevralın 29-da keçiriləcək.
Qapıçılar: Vyaçeslav Malafeyev (Zenit), Vladimir Qabulov (Anji).
Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı CSKA), Yuuri Jirkov (Anji), Roman Şişkin (Lokomotiv, Moskva).
Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak”, Moskva), Denis Qluşakov (Lokomotiv), İqor Denisov, Konstantin Zryanov, Roman Şirokov (hamısı “Zenit”), Alan Dzaqoyev (CSKA), İqor Semşov (Dinamo, Moskva).
Hücumçular: Andrey Arşavin (Arsenal, İngiltərə), Aleksandr Kerjakov (Zenit), Aleksandr Kokorin (Dinamo), Roman Pavlyuçenko (Lokomtiv), Pavel Poqrebnyak (Fulhem, İngiltərə).