Georgiyevski: Bağışlayın ki, penaltini vura bilmədim
27 июля 2012 02:14

“İnter”in futbolçusu Slavço Georgiyevski UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Asteras”ına qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində makedoniyalı yarımmüdafiəçi Tripolisdə baş tutan qarşılaşma ilə bağlı bunları öncə dilə gətirib:
- Nə deyə bilərəm? Çox məyusam. Belə nəticəni gözləmirdim. Biz “Asteras”ı keçmək istəyirdik. Amma alınmadı. Onlar görüşə yaxşı başladılar. Ardından ikinci hissədə fərqlənə də bildilər. Düzdü, vurduğumuz qol bizə əlavə güc verdi. Hətta ikinci qolu da vura bilərdik. İstifadə edə bilmədik.
- Penaltini niyə vura bilmədiniz?
- Məncə, bizim sadəcə bəxtimiz gətirmədi. Penalti lotereyadı. Mən inanırdım ki, vuracağam. Özüm penalti vurmaq istədiyimi bildirdim. Mən həmin zərbəni dəqiq yerinə yetirsəydim, hər şey fərqli ola bilərdi.

- Hesab etmirsiz ki, hücumlarınız çox passiv idi?
- Son dəqiqələri biz iki hücumçu ilə keçirdik. Bilirdik ki, oyunu penaltilərə daşımaq olmaz. Çünki burda hər şey ola bilərdi.
- Son dəqiqələri biz iki hücumçu ilə keçirdik. Bilirdik ki, oyunu penaltilərə daşımaq olmaz. Çünki burda hər şey ola bilərdi.
- Bütövlükdə, Avroliqadakı çıxışınızı necə qiymətləndirirsiz?
- Normal. Bir mərhələ keçdik. Daha çoxuna nail ola bilərdik. Bizim ambisiyalarımız həmişə yüksək olub. Amma azarkeşlərin ümidlərini tam doğrulda bilmədik.
- Onlara deyəcək sözünüz var?
- Bağışlayın ki, penaltini vura bilmədim. Komanda yoldaşlarım və baş məşqçi qarşısında artıq üzr istəmişəm.