Fabio Luis Ramim Bakıya qayıda bilər
28 июля 2012 11:48

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Fabio Luis Ramimin Türkiyənin “Karşıyaka” klubuna keçidində problem yaranıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi braziliyalı futbolçunun komandasında qalmasında maraqlı olmayıb.
Bundan əlavə Türkiyə klubu Ramimə cəmi 200 min avro təklif etdiyi üçün, o, bundan da narazı qalıb. Bu üzdən də yarımmüdafiəçi hazırda özünə yeni iş yeri axtarmaqdadı.
Bu arada onun yenidən “Bakı”ya qayıtmaq perspektivi yaranıb. Belə ki, millimizin üzvü artıq Bakıya qayıdıb. Keçmiş komandasının düşərgəsində məşqlərə başlayan Ramim özünü göstərəcəyi halda, “zolaqlılar”la yeni müqavilə də bağlaya bilər.