Portuqaliya - Azərbaycan matçı canlı yayımda!
9 сентября 2012 13:48

Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə səfər oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmanı “İdman Azərbaycan” yayımlayacaq.
Artıq sözügedən telekanal bununla bağlı xüsusi reklam çarxı da hazırlayıb və görüşü canlı verəcəklərini bəyan edib.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sentyabrın 11-də gecə saat 00:15-də başlayacaq.