Portuqaliya – Azərbaycan matçına 20 min bilet satılıb
10 сентября 2012 00:04

Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 20 mindən çox bilet satılıb.
Lakin oyun saatına qədər bütün biletlərin satılması gözlənilir. Portuqaliyalı jurnalistlər oyunda anşlaq olacağını qeyd edirlər.
Qeyd edək ki, qarşılaşma sentyabrın 11-də AXA stadionunda keçiriləcək. Hansı ki, bu arena 30 286 azarkeş tutumuna malikdi.