Neftçi - Qarabağ: Derbiyə aid hər şey!
3 апреля 2013 16:18

Aprelin 6-da Premyer Liqanın 25-ci turunda Azərbaycan derbisi baş tutacaq. Azerisport.az xəbər verir ki, çempionatın lideri “Neftçi” 3-cü sırada qərarlaşmış “Qarabağ”ı qəbul edəcək. Bütün çemponatlarda iştirak etmiş rəqiblərin dueli təbii ki, oyun sayına görə də liderdi.
Bilirsinizmi - "Neftçi" "Qarabağ"ı 11 oyun, başqa sözlə, 4 il və ya 1873 gün məğlub edə bilməyib?
Bilirsinizmi – "Neftçi"nin texniki qələbəsinə səbəb hazırda "ağ-qaralar"ın kapitanı olan Rəşad Sadiqovun karyerası ərzində ilk peşəkar komandası "Qarabağ"ın heyətində meydana çıxması olub?
Bilirsinizmi – "Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur?
Daha da bilmək istəyirsinizsə...
*** İndiyə kimi tərəflər arasında 62 oyun keçirilib
*** 58 oyunun 50-si çempionatda, 12-si isə kubokda baş tutub
*** Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
*** Tərəflər arasında ilk görüş 1992-ci ilin sentyabrın 26-da baş tutub. Mərkəzi arenada baş tutan görüşdə "Qarabağ"dan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi tarixə düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla 1:1 başa çatıb
*** Oktyabrın 20-də isə "İmarət" stadionunda ilk görüş baş tutub. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları "Qarabağ"ın ilk qələbəsini reallaşdırıb
*** Bu tərəflərin çempionatda `İmarət` stadionunda baş tutdan yeganə oyun oldu (hələlik)
*** "Qarabağ" "İmarət"də baş tutan 2-ci və sonuncu oyunda da "ağ-qaralar"a qalib gəlib. 1993-cü il mövsümünün kubokunun ¼ finalında komanda yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu olub ("Qarabağ" cavab oyununda qolsuz bərabərliklə mərhələ adlayıb və sonda "qızıl dubl"unu reallaşdırıb)
*** Ümumiyyətlə, "Neftçi" müstəqilliyimizin ilk illərində "Qarabağ"ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə "Qarabağ" "Neftçi"yə qələbə sevinci yaşamağa imkan verməyib
*** "Neftçi" ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib
*** Çempionatda "Neftçi" 14, "Qarabağ" 12 qələbə qazanıb. 2000-2001 mövsümündə "Neftçi"yə 3:0-lıq texniki qələbə verilib
*** "Qarabağ" kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə qələbəyə sevinib
*** 62 oyunda "Neftçi" 57, "Qarabağ" isə 48 qol vurub
*** "Qarabağ" səfərdə "ağ-qaralar"a 2006-cı ilin fevralın 16-da məğlub olduqdan sonra 2010-nun noyabrın 28-nə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib
*** "Qarabağ" - "Neftçi" duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdu (8)
*** "Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdu (5)
*** "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdu
*** Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardı
*** Səttar Əliyev "Neftçi"yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb
*** Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb ("Qarabağ")
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə ("Qarabağ" - Mehman Alışanov, Emin Salmanov. "Neftçi" - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, 2011-ci ilin mayın 13-də Adamiya fərqlənməklə "Qarabağ"ı bir addım önə çıxarıb
*** Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudu. 30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla "Qarabağ"ın "Neftçi" üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb
*** Elə "Neftçi" də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-də Respublika stadionunda "ağ-qaralar"ın 4:0-lıq qələbəsi qeydə alınıb
*** Elə həmin çempionatda "Qarabağ"ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə "Neftçi"yə texniki qələbə verilib. Həmin futbolçulardan biri isə hazırda "Neftçi"nin kapitanı olan Rəşad Sadiqovdu
*** Rəşad Sadiqov eyni zamanda hər 2 iki komandanın kapitanı statusunu daşıyıb
*** "Neftçi"yə 2011-ci ilin noyabrın 28-dəki məğlubiyyətə qədər "ağ-qaralar" "Qarabağ"ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** "Qarabağ" - "Neftçi" arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib. Həmin oyundan 11 il keçir
*** İndiyə kimi derbidə 10 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdi
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov "Neftçi"nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda "Qarabağ"ın məşqçisidi
*** Hazırda 8 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Namiq Yusifov "Qarabağ" - "Neftçi" - "Qarabağ", Rəşad Sadiqov isə "Neftçi" - "Qarabağ" - "Neftçi" marşurutu üzrə hərəkət edib
*** Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 27 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 5 qəsəbə, 13 stadionda üz-üzə gəliblər
“Qarabağ”ın mətbuat xidməti