Rasim Ramaldanov: Hakimin səhvə yol verdiyini ilk hissədən sonra bilirdik
10 мая 2013 16:14

“Simurq”un kapitanı Rasim Ramaldanov Topaz Premyer Liqasının 30-cu turunun “Neftçi” ilə oyununda (1:1) təmiz qollarının hesaba alınmamasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bilirəm ki, hakim səhvə yol verdi. Artıq ilk hissədən sonra bundan xəbərimiz var idi. Amma nə etmək olardı? Ola bilər ki, hakim sadəcə səhvə yol verib. Hər şey ola bilər. Hər şey geridə qalandan sonra artıq heç nə etmək olmaz. Oyuna gəlincə, biz “Neftçi”yə qarşı açıq futbol sərgiləyə bilməzdik. Təbii ki, bu heç-heçə bizim avrokuboklara yollanmaq şanslarımızı azaltdı. Lakin sona qədər mübarizəmizi davam etdirəcəyik. “Simurq” üçün bu nəticə də kifayət qədər yaxşıdı”.