Sumqayıt futbol Akademiyası üçün seleksiya məşqləri başladı (FOTOLAR)
27 мая 2013 15:24

Sumqayıt İdman Mərkəzinin 1 meydançası tam hazır vəziyyətə gətirildikdən sonra klubumuzda uşaq futboluna diqqət artmaqdadı. Azerisport.az xəbər verir ki, bu səbəbdən “Sumqayıt” Futbol Klubu gələcəyi düşünərək klubun nəzdində yeni komandalar yaratmaqda davam edir.
Belə ki, 5-7 və 9-10 yaşlı futbolçular arasında seçim davam edir. Seleksiyadan uğurla keçən futbolçular komandaya dəvət olunmaqda davam edir. Məşqlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 15:00-dək Sumqayıt İdman Mərkəzinin stadionunda keçirilir.
"Sumqayıt" Futbol Klubunun yeni transferi Vurğun Hüseynov aşağı yaş qruplarının son məşqini izləyib və sonda xatirə şəkli də çəkdirib.