Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Böyükağa Hacıyev: Böyük oyun tarixin yaddaşına qovuşub

20 ноября 2015 11:45

Məşqçilər Şurasının üzvü, "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev azerisport.az saytının suallarına cavab verib.

- Həftəsonu "Böyük oyun" olacaq. İndiki halda hansı komandanı favorit hesab edirsiniz?
- Böyük oyun? Bağışlayın, amma indi "Xəzər Lənkəran"la "Neftçi"nin görüşünü "Böyük oyun" adlandırmaq olmaz. "Böyük oyun" tarixdə qaldı. İndi bu komandaların gücündə, heyətində "Böyük oyun"un izi yoxdur. Hiss olunmur həmin ajiotaj, həmin derbi həyəcanı. Heç kim inciməsin, amma "Böyük oyun" tarixin yaddaşına qovuşub. Favorit yoxdur. Bir-birinə uyğun rəqibdir. Demək olar ki, qüvvələr nisbəti bərabərdi. Kimin qalib gələcəyini söyləmək çətindir, çünki, klublar ciddi şəkildə fərqlənmir.

- Sizin üçün "Böyük oyun" deyəndə nə yadınıza düşür?
- Biz həmin oyuna bir həftə əvvəldən hazırlaşırdıq. Sözsüz, "Xəzər Lənkəran" - "Neftçi" dueli deyəndə yadıma 5:0 hesablı tarixi qələbə düşür. O vaxt meydanda olan futbolçular - Flavinyo, Mitreski, Kanales yadıma düşür. İqor Mitreskinin yeri çempionatımızda görünür. "Xəzər Lənkəran"ın güclü heyətini xatırlayıram. Mircavadovun, Rednikin "Xəzər Lənkəran"ı tam başqa idi. O vaxt Rednikin komandasına qarşı oynamaq adama ləzzət edirdi. İntriqa var idi.

- Azərbaycan çempionatına baxanda hazırda klubda çalışmadığınız üçün heyfslənirsiniz?
- Əlbəttə, çox pis oluram. Bilirsiniz niyə? Çünki, bu çempionatda iştirak etsəydim, hər il çempion olardım. Hamı deyir ki, rəqabət artıb, amma düzünü söyləmirlər. Bu çempionatda qızıl medal qazanmağa nə var ki? İnanın, yalnız "Qarabağ"ı gücünə görə fərqləndirmək olar. Başqa güclü klubumuz yoxdur. Nə "Qəbələ", nə "Neftçi", nə də "İnter" fərqlənir. Oyun göstərən yoxdur. Yerli futbolçulara şans verilir. Amma adamı yandıran odur ki, yerli futbolçularda da inkişaf yoxdur. Gələcəkdə necə olacağını söyləmək çətindir.

- Böyükağa Hacıyev indi çempionatda olsaydı, "Qarabağ"a qarşı mübarizə aparmaqda çətinlik çəkməzdi?
- Qurban Qurbanovun komandasına qarşı mübarizə aparmaq xoşdur. Ağdam təmsilçisi yaxşı oyunuyla seçilir. Amma mən yenə də onlara qarşı komandamı qələbə üçün meydana çıxarardım. "Qarabağ" son illər yaxşı nəticələr qazanıb. Bu özü də mənim üçün böyük motivasiyadır. "İnter"lə oyunları unutmusunuz? O vaxt hamı Kaxadan çəkinirdi. Lakin biz "Neftçi"ylə "bankirlər" üçün uğursuz rəqibə çevrilmişdik.

- Çempionatımızda nə çatışmır?
- Düzünü deyim ki, bu suala çox böyük cavab vermək olar. Sadəcə unutmayın ki, çatışmayanı hamı görür. İntriqa yoxdur. Hamı əldə olunan nəticəni qəbul edir. Hamı kəskin danışmaq istəmir. Mənim üçün belə çempionat maraqlı deyil. O vaxt "Bakı"da yaratdığımız müdafiə üçlüyü - Ramin Quliyev, Rafael Əmirbəyov və Rail Məlikov kimi trio indi yoxdur. Son zamanlar yeni adlar üzə çıxmır. Təəssüf ki, köhnələr də özünü göstərmir. Bu çempionat azarkeşdə də maraq oyatmır.

- Sabiq komandanızda Samir Əliyevin klubdan ayrılacağını gözləyirdiniz?
- İndi "Neftçi"dən hər şey gözləmək olar. Samir Əliyevə uğurlar arzu edirəm. Əsgər Abdullayevin təyinatı normaldır. Çünki, o artıq klubun içində idi. Eşitdiyimə görə rəhbərlik əcnəbi məşqçi axtarır. Mən məsləhət görərdim ki, əvvəlcə heyət üçün 18 futbolçu axtarardılar. Sonra baş məşqçi taparlar. Bu heyətlə heç bir məşqçi uğur qazanmayacaq. Ortada yalnız Araz Abdullayev görünür. Abdullayev məgər sehrbazdır ki, təkbaşına hamıya qalib gəlsin?

- Lənkəranda "Xəzər Lənkəran" "Neftçi"yə qalib gələrsə, özünüzü necə hiss edəcəksiniz?
- Məşqçi hər bir komandada işləməyə hazır olmalıdır. Lakin "Neftçi" tam başqadır. Bu komandaya çox bağlanmışam. Etiraf edim ki, "Xəzər Lənkəran" qalib gəlsə, bu, mənə pis təsir edəcək. Onların vurduğu hər bir qol mənə ağrı verər. Çünki, o vaxtlar biz hətta Lənkəranda belə məğlubiyyət nə olduğunu bilmirdik.

- Azərbaycan millisi son görüşdə Moldova üzərində qələbə qazandı. Oyuna baxmaq imkanınız oldu?
- Matça baxmışam. Qələbə hər zaman sevinc yaradır. Amma futbolçularımızın oyunu o qədər əla deyildi. Unutmayaq ki, qarşımızda Moldova idi. Yaddan çıxartmayaq ki, rəqibin əsas futbolçuları yox idi. Sözsüz, bizdə də əsas heyət deyildi. Sadəcə, millidə qələbə üçün əzmkarlığı görmədim. Hər zaman olduğu kimi milliyə uğur arzulayırıq. Əsas seçmə mərhələdir, yoldaşlıq oyunları məşqçi üçün lazımdır.

Другие новости этого раздела

Время новых вызовов для молодых и перспективных15 маяВ Малайзии ожидают защитника Сабаха: Его услуги в обороне пригодятся14 маяЭмрели договорился с Санкт-Паули?14 маяАзербайджанский вратарь в Швеции: Жду, что когда-нибудь снова проявят интерес и пригласят в сборную14 маяАзербайджан и Исландия узнали место и время встречи14 маяОпределилась арена, на которой «милли» примет Украину14 маяПриятный сюрприз для болельщиков Сумгайыта14 маяСамир Абасов остается в Нефтчи и получает полный карт-бланш14 маяАббас Гусейнов: Если выходишь на матч в форме Карабаха, должен играть только на победу14 маяСабах сыграет на российском турнире14 маяСумгайыт и Кяпаз заплатят крупный штраф14 маяСабаил определился с главным тренером на новый сезон в 1-й Лиге14 маяВоспитанники Карабаха отправятся в Италию14 маяБельгийский клуб сделал предложение по защитнику «милли»14 маяПольское СМИ: Рахиль Мамедов покинул Радомяк14 мая
15 мая00:00 Время новых вызовов для молодых и перспективных14 мая23:15 Азербайджанский «Танк» готовится к следующему бою22:25 Хассани Граветт: Одноклубники и тренер доверяли мне как лидеру, и я старался оправдать это доверие22:16 Сабах празднует очередное чемпионство 22:08 Римас Куртинайтис: Мои игроки отдали все для победы22:03 Эмин Амруллаев: Надеемся, в этом году две наши команды сыграют в еврокубках21:17 Граветт назван MVP в плей-офф АБЛ21:04 Чемпионский матч Сабаха 21:00 Сабах вновь победил Нефтчи и стал 3-кратным чемпионом 20:58 Третье подряд чемпионство Сабаха19:45 В Малайзии ожидают защитника Сабаха: Его услуги в обороне пригодятся19:19 Гейдаров завоевал бронзу первенства мира19:05 Азербайджанские паралимпийцы не сумели взять медаль на ЧМ18:33 Эмрели договорился с Санкт-Паули?18:09 Азербайджанский вратарь в Швеции: Жду, что когда-нибудь снова проявят интерес и пригласят в сборную17:40 Азербайджан и Исландия узнали место и время встречи17:25 Определилась арена, на которой «милли» примет Украину17:03 Азербайджану не позволят натурализовать российский талант 16:42 Азербайджан заявил 20 борцов на Кубок Хашими16:30 Приятный сюрприз для болельщиков Сумгайыта16:10 Самир Абасов остается в Нефтчи и получает полный карт-бланш15:54 Шахана Гаджиева – о скандале: Меня не допустили к ЧМ. В следующем году вновь пройду медкомиссию15:07 Аббас Гусейнов: Если выходишь на матч в форме Карабаха, должен играть только на победу14:35 Азербайджанский тренер: Нужно приложить усилия, чтобы на Олимпиаде положить этому конец14:03 Сабах сыграет на российском турнире13:45 Сумгайыт и Кяпаз заплатят крупный штраф13:20 Испанский сбор Азербайджана к чемпионату мира13:04 Сабаил определился с главным тренером на новый сезон в 1-й Лиге12:33 Воспитанники Карабаха отправятся в Италию12:08 Бельгийский клуб сделал предложение по защитнику «милли»11:35 Польское СМИ: Рахиль Мамедов покинул Радомяк11:05 Израильский хавбек: Уезжать из Азербайджана будет нелегко, это точно10:37 Азербайджанские шахматисты сыграют в ОАЭ10:14 Кому доверили Сумгайыт на два оставшихся матча в сезоне?00:01 Турецкий взгляд: Если в Нефтчи так много легионеров, а результат показывают такой, значит, есть проблемы13 мая23:42 ПФЛ официально объявила, когда наградит Габалу23:07 Хавбек «милли»: С голами мне как-то не везет19:33 Магомед Абдуллаев: Я и сам устал от этой ситуации19:10 Шамкир продолжает гонку за Гиперсом18:47 ФДА проводит программу развития в Шеки
Архив
Sabah